Gündəm
“Sovet maşınları yığışdırılmalıdır”
“Sovet maşınları yığışdırılmalıdır”. Bu fikri millət vəkili Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan yollarında dəhşətli vəziyyət yaranıb.
"Əlillərə verilən müavinət utancvericidir"
“Əlillərə verilən müavinət utancvericidir”. Bu sözləri deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. O, bildirib ki, əlil ona verilən 55 manatlıq müavinətlə necə yaşaya bilər: “Bu, sadəcə utancdır. Ona görə də bu məsləyə mütləq baxmaq lazımdır. Onunla necə yaşamaq olar?”. Deputat Aytən Mustafayeva bildirib ki, büdcədə mütləq əlillərə verilən 55 manatlıq müavinət məsələsinə baxıb qaldırmaq lazımdır: “Bu vəsaitlə əlil hansı problemini həll edə bilər ki? O bu pulla kommunal xərclərini ödəsin, yoxsa dolansın?!”.
Əlillərin müavinəti artırılacaq
Azərbaycanda əlillərə ayrılan 55 manat məbləğində sosial müavinət artırıla bilər. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitə iclasında deyib.
Müavinətlərin verilməsində inflyasiya mütləq nəzərə alınacaq
“Gələn il inflyasiya rəqəmləri mütləq nəzərə alınacaq”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli deyib. O bildirib ki, gələn ilin sosial xərclərində və müavinətlərdə inflyasiyaya görə addımlar atılması gözlənilir: “Ölkədə inflyasiyaya görə bəzi addımlar atıla bilər. Büdcənin həcmi sosial sahədə ötən ilin miqdarından gələn il daha çox olacaq. Sosial məqsədlərə ayırmalar bu illə müqayisədə daha olacaq ”.
Deputat: “Bəzi region nömrələri var ki, polis onlara da yaxınlaşmağa qorxur”
Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında yol hərəkətindəki qanunsuzluqlardan narazılıq bildirilib.
Press Association: "Bakıdakı konqres KİV-lərin gələcəyini müzakirə etmək üçün əla imkandır"
Bu gün dünyada xəbər biznesində böyük dəyişikliklər baş verir. Olaylar.az bildirir ki, bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən Ümumdünya Xəbər Agentlikləri Şurasının (NACO) prezidenti, "Press Association" agentliyinin (Böyük Britaniya) baş icraçı direktoru Klayv Marşaldeyib.
Serj Sarkisyan Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılmasını təklif edib
Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.
ABŞ diplomatı Azərbaycana gələcək
Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brinkin Azərbaycana səfəri gözlənilir.
Baş Prokurorluq: "Əli Abbasova qarşı cinayət işi açılmayıb"
Bəzi KİV-lərdə guya dövlət ittihamçısı Fərid Nağıyev məhkəmədə çıxışı zamanı Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasını bildirməsi barədə informasiyalar yayılıb.
"Azərbaycan V Konqresin keçirilməsi üçün böyük işlər görüb"
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi xəbər agentliklərinin inkişafında böyük rol oynayır.
TASR: "V Konqres KİV sahəsində gələcək addımların müzakirəsi üçün yaxşı platformadır"
Bu gün Bakıda işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çox mühüm əhəmiyyət kəsb edən bir tədbirdir.
Əli Abbasovun aylıq xərci 200.000-300.000 manat olub - İstintaqa İFADƏSİ
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib.
Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməməzliyə vurur
Avropanın tanınmış “The Parliament magazine” jurnalının internet səhifəsində (https://www.theparliamentmagazine.eu/articles/partner_article/dialogue-europe/eu-playing-ostrich-politics-nuclear-safety-warns-ngo) “Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməməzliyə vurur” adlı məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, Avropa İttifaqının bir çox üzvləri nüvə enerjisində imtina etmək niyyətində olduğu bir vaxtda, Ermənistanda hələ də köhnəlmiş atom stansiyası fəaliyyət göstərir, Belarusda isə yeni stansiyanın tikintisinə start verilib: “Ermənistanda mövcud olan Metsamor Atom Elektrik Stansiyası ötən əsrin 70-ci illərdə köhnəlmiş Sovet texnologiyası əsasında tikilməsindən başqa həm də seysmik zonada yerləşir. Stansiyada soyuqlama mexanizmləri aşağıda səviyyədə olduğu üçün burada baş verə biləcək hər hansı insident radiasiyanın ətrafa yayılmasına gətirib çıxaracaq. Bir müddət öncə isə Ermənistan rəsmiləri “nüvə silahına” malik olması ilə bağlı açıqlamalar verdilər. Mövcud problemi ağırlaşdıran digər bir faktor isə radiaktiv materialların qaçaqmalçılığa bağlı faktların aşkarlanmasıdır”.
Regionlarda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (AHT) Beynəlxalq Təşəbbüsündə iştirakı ilə bağlı məlumatlandırma məqsədilə regionlarda tədbirlər keçirilir.
Avropa Xəbər Agentlikləri Alyansının prezidenti: "Bakıda keçirilən bu konqres gələcək media üçün vacibdir"
Dünya Xəbər Agentliklərinin V Konqresi kimi tədbirlərin keçirilməsi gələcək media üçün çox vacibdir. Olaylar.az bildirir ki, bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən Avropa Xəbər Agnetlikləri Alyansının və TT İsveç Agnetliyinin prezidenti Yonas Erikson deyib.














