Gündəm
Ermənistanda internet azadlığı geriləyib - "Freedom House'"
"Freedom House" hüquq müdafiə təşkilatının builki hesabatında deyilir ki, Ermənistanda ötən illə müqayisədə müəyyən geriləmə qeydə alınıb.
Xəbər direktoru: "Jurnalistlər birlikdə daha böyük təsirə malik olurlar"
"Jurnalistlər birlikdə güc olaraq daha böyük təsirə malik olurlar və daha böyük mədəniyyətləri təmsil edirlər". Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən ABŞ-ın Associated Press agentliyinin Asiya və Sakit okean ölkələri üzrə xəbər direktoru Ted Antoni deyib.
Meynolf Ellers: "Rəqəmsal dəyişikliklər sürətlənir"
"Rəqəmsal dəyişikliklər mühüm əhəmiyyətə malikdir. Zaman keçdikcə bu dəyişikliklər sürətlənir". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin 3-cü sesiyasında "Xəbər agentliklərinin innovasiyası" mövzusunda çıxışı zamanı Almaniyanın Dpa agentliyinin baş texniki Meynolf Ellers deyib.
BBC genişlənir
BBC Dünya Xidməti "1940-cı illərdən bəri" ən irimiqyaslı genişlənmə proqramı çərçivəsində 11 yeni dil xidmətini təsis edir.
Azərbaycanda ipəkçilik və fındıqçılığın inkişafına dövlət dəstəyi gücləndirilir
Azərbaycan Prezidenti İlham Əliyev ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Tramp polis dəstəyindən məhrum ola bilər
ABŞ-ın Los Anjeles şəhərinin polis rəisi Çarli Bek qanunsuz miqrantlara qarşı mübarizədə Donald Trampla əməkdaşlıq etməyəcəyini açıqlayıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, Bek ABŞ-da prezident seçkilərini qazanan Trampın qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Rusiya Təhlükəsizlik Şurasının katibi ermənistanlı həmkarı ilə Qarabağ münaqişəsini müzakirə edib
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ermənistanlı həmkarı Yuri Xaçaturovla Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblər.
Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən gedib
Formula 1 yarışlarında çıxış edən "Maklaren" komandasının rəhbəri Ron Dennis vəzifəsindən ayrılıb.
Jurnalistlər üçün yeni müsabiqə elan edildi
Bu il Azərbaycan bərpa etdiyi müstəqilliyin 25-ci ildönümünü qeyd edir. Azərbaycanın əldə etdiyi müstəqillik çox çətin başa gəlmiş olsa da, bu müstəqilliyi qoruyub saxlamağı, tarixin ən ağır sınaqlarına sinə gərməyi xalq məhz öz ulu öndəri, ümummilli lider Heydər Əliyevdən öyrənmişdir.
Qalmaqallı məktəbdə direktorun ardınca müavin işdən azad edildi
Bakıda 230 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın Təhsil Nazirliyinin Qəbul Portalına daxil olmuş, həmçinin məktəb direktoru Elşən Qafarovun L.Babayevanın üzrsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.
İRNA: "Bakıda keçirilən V Konqres fikir mübadiləsi üçün çox yaxşı imkan yaradır"
Bu gün bir çox dünya informasiya agentliklərinin nümayəndələri Bakıya çox mühüm bir tədbir üçün toplaşıblar.
Tramp məni təpədən – dırnağa süzdü
Türk filmlərində Afrodita ləqəbi ilə tanınan Banu Alkan Donald Trampla bağlı maraqlə açıqlama verib.
Telefon qolunu yandırdı
Melanie Tan Pelaez adlı qadın sosial şəbəkədə sensorlu telefonu haqqda paylaşımı səs – küy yaradıb. Facebook sosial şəbəkəsində yanmış qolunun şəkilini paylaşaraq, buna telefonunun səbəb olduğunu bildirib. Palaez qeyd edib ki, “Boğularaq yuxudan ayildim. Qolumda ağrılar hiss etdim. Sanki iynə batırdı. Qolum çox qızarmışdı”.
ASAN Xidmət turistlərə viza verəcək
Azərbaycana gələn turistlər artıq turizm şirkətləri vasitəsi ilə yox, elektron formada ASAN Xidmətdən viza ala biləcəklər. Bununla bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun 7-1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəsinin 4-cü bəndində dəyişiklik edilib. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər” cümləsində, “turizm şirkətləri” sözü “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda, “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir. Maddə 7-1.5-ə edilən dəyişikliyə əsasən isə, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.
Sürücülər ildə bir dəfə təlimlərə cəlb olunacaqlar
Sərnişin daşıyan nəqliyyat sürücüləri ildə bir dəfə təlimlərə cəlb olunmalıdır. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sdəri hadı Rəcəbli deyib. Onun sözlərinə görə, bu gün sərnişin daşıyan nəqliyyat sürücülərinin hərəkət vəziyyəti problemli olaraq qalır. “Ona görə də ehsab edirəm ki, sürücülk mədəniyyətinin artırlması məqsədi ilə bu nəqliyyat vasitələrində işləyən sürücülərin ildə minimum bir dəfə təlimlərə cəlb olunmalıdır. Onalr bu təlimlərdə nəqliyyatın nümunəvi idarəetməsi və bu sahədə maarifləndirmə işləri aparılmalıdır”.














