Tramp məni təpədən – dırnağa süzdü
Türk filmlərində Afrodita ləqəbi ilə tanınan Banu Alkan Donald Trampla bağlı maraqlə açıqlama verib.
16 Noyabr 2016 18:15 DünyaTürk filmlərində Afrodita ləqəbi ilə tanınan Banu Alkan Donald Trampla bağlı maraqlə açıqlama verib. Aktrisa bildirib ki, 20 il bundan öncə Mayamidə baş verən olayı belə xatırlayıb: " 20 il bundan öncə Mayamiyə dəvət edilmişdim. Qaldığım otelin bağçası çox gözəl idi. Bir gün otelin bağçasındakı otların üzərinə cadırlar qurulduğunu gördüm. Buna çox hirsləndim və otel işçilərindən bunun səbəbini soruşdum. Onlar Nyu - Yorkdan bir iş adamının gələcəyini və hazırlıqları da onun elətdirdiyini bildirdilər. Hazırlıqların Donald Tramp üçün edildiyini gördümş Yanına yaxınlaşdım və otlarla bağlı şikayətimi bildirdim. " Sizə görə otlar məhv oldu" dedim. Məni təpədən - dırnağa süzərək dedi ki, "Kiçik xanım, o otlar blok - blokdu və xarab olanları götürüb, yenilərini qoya bilirik. Onlar hazır otlardı" - dedi.
Təbii ki, 20 il bundan öncə hazır otların varlığından xəbərsiz olduğum üçün Trampa hirslənmişdim