Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən gedib

Formula 1 yarışlarında çıxış edən "Maklaren" komandasının rəhbəri Ron Dennis vəzifəsindən ayrılıb. 

Formula 1 yarışlarında çıxış edən "Maklaren" komandasının rəhbəri Ron Dennis vəzifəsindən ayrılıb. 

"Report"un məlumatına görə, 35 il komandaya rəhbərlik edən R.Dennis icraçı direktoru olduğu "McLaren Group"dakı vəzifəsindən də uzaqlaşıb.

Mətbuat bu qərarın qrupun digər şərikləri ilə yaşanan münaqişə nəticəsində verildiyini iddia edir.

Qeyd edək ki, Ron Dennis 1980-ci ildə "Maklaren"ə gəlib. O, bir il sonra komandaya nəzarəti ələ alıb. Dennisinin rəhbərliyi dövründə komandanın 10 pilotu dünya çempionu olub. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31