ABŞ diplomatı Azərbaycana gələcək

Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brinkin Azərbaycana səfəri gözlənilir.

Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brinkin Azərbaycana səfəri gözlənilir.

Olaylar.az bildirir ki, bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər.

B.Brink Bakıda ölkə rəhbərliyi ilə Amerika-Azərbaycan əməkdaşlığı, regionda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edəcək.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin də müzakirə ediləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31