“Sovet maşınları yığışdırılmalıdır”

“Sovet maşınları yığışdırılmalıdır”. Bu fikri millət vəkili Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan yollarında dəhşətli vəziyyət yaranıb.

"Sovet maşınları yığışdırılmalıdır". Bu fikri millət vəkili Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan yollarında dəhşətli vəziyyət yaranıb. "Artıq son günlərdə respublikada əcnəbi turistlərin həlak olmasınaın şahidi oluruq. Yollarda sürücülərin nəqliyat vasitələrini təhlükəli sürməsi nəticəsində yollarda dəhşətli vəziyyət yaranıb. Odur ki, bizə aid olamasa da, yollarla bağlı xüsusi qanunun hazırlanmasına ehtiyac var. Sürcülər və piyadaalr arasında ciddi maarifləndirmə işlərinə ehtiyac var. Bununla belə təklif edirəm ki, köhnə avtomobillər və sovet maşınları yığışdırmalıdır". Millət vəkili Araz Əlizadə isə deyib ki, yollardakı qəza hallarının və ölüm hallarının azalması üçün ilk növbədə sürücülk vəsiqələrinin satışının qarşısı alınmalıdır: "Digər məqam isə sürücülərdə mədəniyyət səviyyəsinin artırılmasına nail olmaq lazımdır. 1990-ci illərin ortalarına Türkiyədə ildə 30-50 min nəfər arasında insan yol qəzalarında həlak olurdu. Bu məslə hökumətdə ciddi müzakirəyə səbəb olur və məsələ baş nazir Bülənt Ecevitə məruzə edilir. Məruzəni dinləyən B. Ecevit gülmsəyərək deyir ki, əfəndiliyimizi itirdiyimiz üçün bu hallar baş verir. Əvvəllər Türk insanı bir birinə yol verməyi bacarırıdısa, indi isə sayğısız bir halda adamı ötüb keçri. Nə qədər ki, əfəndiliyimizi qaytarnmayacağıq, o zamanadək bu hadisələr baş verəcək. Burada digər bir məqam da ondan ibarətdir ki, cavanlar yolalrda tüğyan edir. Polis xüsusi dövlət nömrə nişani olan və ya bölgə nömrəsi olan avtomobillərə yaxın düşə bilmir. Nə qədər ki. bunlar olacaq, yollarda ölüm də olacaq. Yollardakı ölümü azaltmaq üçün bu problemləri həll etmək lazımdır". Komitə sədri Hadı Rəcəbli isə bildirib ki, narahatedici məqamalar var və bu problemlərin aradan qaldırması istiqamətində işlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31