Gündəm
Trampdan Putinə TƏKLİF
Sərdarın əcnəbi xanımından yataq pozası: "Şəkildəki kimi oyandım"
"İrsi qan və digər xəstəliklərinin həlli üçün zoologiyadan yeniliklər gözləyirik"
"Bu gün zoologiya elminin qarşısında yeni problemlər dayanıb". Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Zoologiya İnstitutunun 80 illik yubiley mərasimində çıxış edərkən deyib.
Azərbaycanda süni yumurta satılır? - AÇIQLAMA
Azərbaycana süni yumurtaların gətirilməsi ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. Süni yumurtaların insan səhhəti üçün təhlükəli olduğu bildirilir. Çində istehsal edilən yumurtalar Azərbaycana niyə gətirilr? Yerli təsərrüfatlar yumurtaya olan tələbatı ödəyə bilmir?
Mənzildən 10 min dollar oğurlayan tutuldu
Bakıda mənzildən oğurluq edən şəxs tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini Ziyarət Ağayev tutulub. Məlum olub ki, o, noyabrın 21-də Bakı şəhər sakini Maral Əsgərovanın evindən 1200 manat və 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən qrupun üzvüdür.
Azərbaycanda əfv olunanların sayı açıqlandı
Azərbaycanda son 1 il ərzində əfv olunan şəxslərin sayı açıqlanıb. Bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məlumat verib. Nazir “Azərbaycan” qəzetində dərc etdirdyi məqaləsində bildirib ki, son 1 il ərzində ölkədə 358 nəfər əfv olunub: “Möhtərəm Prezidentimizin ötən bir ildə imzaladığı sərəncamlarla 358 nəfər əfv olunmuş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə qəbul olunmuş sayca 4-cü amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib”.
Marneulidə müasir tədris mərkəzi fəaliyyətə başlayıb
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda müasir tədris mərkəzinin rəsmi açılış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli rayonu İcra Hakimiyyəti başçısı Merab Topçişvili, deputat Ruslan Hacıyev və Tamaz Naveryani, Marneuli Bələdiyyə sədri Nəbi Abdullayev, Barış və İnteqrasiya məsələləri üzrə Dövlət Nazirinin müşaviri Zaur Darğalı və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Samirə Ağayeva iştirak edib. Həmçinin mərasimdə ictiamiyyət nümayəndələri, məktəb direktorları, aktiv gənclər və media nümayəndələri iştirak etmişdir. Rəsmilər qrımızı lenti kəsdikdən sonra nitq söyləmiş və mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
Türkiyənin təhsil işçiləri İsmayıllıya səfər edib
İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbi bir qrup şagird və müəllimləri ilə birlikdə “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” layihəsinə qoşulub. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən Türkiyə Cumhuriyyətindən 5 nəfərlik müəllimlərdən ibarət heyət rayona səfər edib. Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və müxtəlif tədbirlərdə iştirak ediblər.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılı
Yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb
Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Buna görədə hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində xüsusəndə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarfiləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı 20 yanvar dairəsi Tibilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var. Diqqətinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.
MBNP hesabatlarını açıqlamayan banklara sanksiya tətbiq edib
Palata maliyyə sektorunda şəffaflığın təmin olunmasına çalışır Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların 15.11.2016-cı il tarixinədək açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib.
Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkəyə qarşı mübarizəyə başlanılıb
Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb.
Şaxtalı hava davam edəcək
Bakı və Abşeron yarımadasında noyabrın 23-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Netanyahu Azərbaycana dekabrın 13-də səfər edəcək
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə APA-ya təsdiqləyib ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.
Qadın evində tüstüdən boğularaq ölüb
Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.














