Gündəm

Evsizlər üçün sığınacaq təşkil edilməyib

23 Noyabr 2016 12:41

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda evsiz insanlar üçün qarlı-şaxtalı havalarda müvəqqəti sığınacaqlar təşkil etməyib”. ƏƏSMN-nin Çağrı Mərkəzindən bu haqda sosial şəbəkələrdə yayıan informasiyalara münasibət bildirərkən deyilib. Belə ki, noyabrın 22-dən başlayaraq, Bakıda və Bakı ətrafı qəsəbələrində havaların şaxtalı keçməsi və qar yağması evsiz-eşiksiz insanlara problemlər yaradıb. Mərkəzdən bildirilib ki, Bakıda müvəqqəti sığınacaqların yaradılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Nazirlik bu günlərdə Bakıda heç bir sığınacaq təşkil etməyib. Bakının Nərimanov rayonu, Xətai prospekti 11, Nəsimi rayonu, S.Rüstəm küçəsi 69, Xətai rayonu, Sarayev küçəsi 20, Xəzər rayonu, A.Ildırım küçəsi 18 və Nizami rayonu, Q.Qarayev küçəsi 118 ünvanlarında 5 günlük sığınacaq mərkəzləri yaradılması ilə bağlı yayılan məlumatların 2016-cı ilə aidiyyatı yoxdur. Çünki həmin sığınacaqlar 2014-cu ildə Bakıda qarlı-şaxtalı hava şəraitində təşkil edilmişdi. Bu xəbər 2014-cü ilə aiddir”.

Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Sank-Peterburqa gedib

23 Noyabr 2016 12:39

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüb. MM-dən verilən məlumata görə, MM-in mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyətinin tərkibinə komitə sədrləri Əli Hüseynli, Arif Rəhimzadə, deputatlar Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir. O. Əsədov MDB Parlament Assambleyasının Şura iclasına qatılacaq, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. İclasda qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda qurumun nümayəndələrinin iştirakı, Belarus parlamentinə və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi, Moldovada prezident seçkiləri barədə məsələlərə baxılacaq, təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.

Deputatımız Kolmar Fəxri səfirlərinin illik toplantısın qatılacaq

23 Noyabr 2016 12:35

Milli Məclisin deputatı Cavanşir Feyziyev Kolmar Fəxri səfirlərinin illik toplantısında və Kolmar Yeni il mədəniyyət yarmarkasının açılışında iştirak etmək üçün noyabrın 24-dən 26-dək Fransanın bu şəhərində səfərdə olacaq. Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2015-ci ildə Fransanın Kolmar şəhəri ilə Azərbaycanın Şəki şəhəri arasında qardaşlaşma protokolu imzalanıb, Şəki şəhərindən seçilmiş deputat Cavanşir Feyziyev Kolmar meriyası tərəfindən Kolmar vilayətinin Azərbaycanda Fəxri səfiri təyin olunub.

Sahibə Qafarova Kiprə gedir

23 Noyabr 2016 12:31

Noyabrın 24-25-də Kiprdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcək. Bu barədə MM-dən verilən məlumata görə, tədbirlərdə Mərakeşdə, Makedoniyada, Gürcüstanda və Monteneqroda keçirilmiş parlament seçkilərinin, Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərinin nəticələri, təşkilatın 2017-ci ildəki fəaliyyət planı, sağlamlıq və davamlı inkişaf, demokratiya və siyasi məsələlər mövzularında müzakirələr aparılacaqdır. Deputat Sahibə Qafarova müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəkdir.

Litva Bələdiyyələr Ittifaqının nümayəndə heyəti Sumqayıtda olub

23 Noyabr 2016 12:28

Bu gün Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti Sumqayıtda olub. Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri  - Ricardas Malinauskas,  Litva Bələdiyyələr İttifaqının vitse prezidenti, Paqeqai əyalətinin meri  - Virginijus Komskis,. Litva Bələdiyyələr İttifaqının müşaviri, Avropa İttifaqındakı təmsilçisi - Lina Sabaitiene,  Akmyane əyalətinin icraçı direktoru  - Aromeda Lauciene, Trakay şəhər bələdiyyəsinin deputatı  - Jelena Jocioniene daxil olduğu nümayəndə heyəti Sumqayıtla tanış olub, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov son bir il ərzində şəhərimizdə həyata keçirilmiş layihələr, görülmüş yenidənqurma və abadlıq işləri barədə qonaqlara məlumat verib.

Dini ekstremizm və onun fəsadları müzakirə edilib

23 Noyabr 2016 12:27

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bakı Slavyan Universitetində maarifləndirmə tədbiri keçirilib

23 Noyabr 2016 12:25

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Bakı Slavyan Universitetində maarifləndirmə tədbiri keçirilib.

Mövqelərimiz atəşə tutulub

23 Noyabr 2016 12:24

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

“NAZ Lifan” da 5520 ədəd siqaret aşkar edilib

23 Noyabr 2016 12:23

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan “NAZ Lifan” markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilin yük yerindən və salonundan gömrük nəzarətinə bəyan edilməyən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5520 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Avtomobilin gizli saxlanc yerlərində pirotexniki vasitələr aşkar edildi

23 Noyabr 2016 12:21

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilin gizli saxlanc yerlərində 1020 ədəd pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Yaponiyalı jurnalist arzuolunmaz şəxslər siyahısından çıxarılıb

23 Noyabr 2016 12:19

Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Prezident İlham Əliyev və xanımı II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olublar 

23 Noyabr 2016 12:16

Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.

Suriyada 2 türk hərbçi yaralandı

23 Noyabr 2016 12:13

Türkiyə Silahlı Qüvvələri tərəfindən 92 gündür davam edən "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının 108 mövqeyinə qurudan və havadan zərbələr endirilib.

"Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil"

23 Noyabr 2016 12:09

"Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil". Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb.

Azərbaycan MDB məkanında ilk dördlükdədir

23 Noyabr 2016 12:07

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tərtib etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı indeksində 58-ci yer tutub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu məlumat ITU-nun "İnformasiya cəmiyyətinin ölçülməsi-2016" hesabatında yer alıb.