Gündəm
28 tibb bacısı imtahandan keçə bilmədi
Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan orta tibb işçilərinin sertifikasiya imtahanları keçiriib.
AMEA Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazi açıqlandı
AMEA-nın Yüksək Texnologiyalar Parkı Təcrübə-Sənaye Zavodunun ərazisində təşkil olunacaq və burada fəaliyyət göstərən özəl şirkətlər, investorlar müraciət edib, Ekspertiza Şurasından keçdikdən sonra texnoparkın rezidenti olacaqlar.
30 yaşın təhlükəsi
Mütəxəssislər maraqlı araşdırma aparıblar. Bu araşdırmalar 30 yaşından sonra cavan və incə görünmək istəyənlər üçündü. Onlar qeyd edirlər ki, əgər insan cavan vaxtı yediyi qidalar ilə 40,50 yaşlarında yediyi qidalar arasında heç bir fərq görmüyəbilər. Lakin bədən bunu qəbul etmir. Buna əsaslanaraq mütəxəssislər 30 yaşından sonra yeyilməməli qidaların adlarını açıqlayıblar.
Yuxusuzluqdan əziyyət çəkənlər üçün YUXU TESTİ
Yuxu dünyadakı bütün canlılar üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bütün canlılar yatır. Müasir dövrdə hər 3 nəfərdən 1-I həyatının müəyyən dövründə yuxusuzluq problemilə qarşılaşır. Türkiyəli həkim Firuz Çelikoğlunun sözlərinə görə, bu vəziyyət 2 həftədən çox davam edərsə, “insomnia” deyilən yuxusuzluq xəstəliyi ortaya çıxır. Həyatımızın bir parçası olan mobil telefonlar və kompüter ekranlarının parlaq işıqları belə, yuxu hormonu olan melatoninin tarazlığını pozaraq yuxusuzluğa yol açır. Yuxusuzluğa səbəb yalnız bunlardırmı? Siz də gecə yaxşı yatdığınız halda özünüzü yuxulu hiss edirsiniz? Oyandıqda bədəninizi bir neçə dəqiqə hərəkət etdirə bilmirsiniz? Yatmaq üçün yerinizə uzandıqda ayaqlarınız tez-tez qıc olur? Aile.lent.az mütəxəssisin bu barədə fikirləri ilə sizi də tanış edir.
Evlənəcəyiniz insana bu sualları mütləq verin
Sevgi sağlam bir evlilik üçün çox əhəmiyyətlidir. Lakin evlənməzdən əvvəl bəzi mövzuları düşünməlisiniz. Ailə qurmazdan əvvəl tərəf müqabilinizə bəzi suallar verməlisiniz. Bu sualların cavabı sizi gələcək problemlərdən xilas edə bilər. Aile.lent.az həmin sualları təqdim edir.
Hər səhər yarım limonu sıxıb... - Qaraciyəri təmizləyən DETOKS
Düzgün qidalanmadıqda və ya həkim məsləhəti olmadan dərman qəbul etdikdə qaraciyər daha çox gücə düşür. Bu da gözaltında dərin qırışların və qaralmaların yaranmasına səbəb olur.
Dünya ulduzlarının sevdiyi ətirlər - FOTOLAR
Ətir istər qadın, istər kişi - heç kimin imtina edə bilmədiyi kosmetik vasitədir. Ətrin ehtiraslandırıcı gücü olduğunu da unutmayaq. Bəziləri çox tünd, bəziləri isə yüngül qoxulara üstünlük verir. Çoxları isə daim yeni qoxular axtarışındadır. Davamlı olaraq eyni qoxuya sadiq qalanlar da var. Bəs görəsən sevərək izlədyimiz, pərəstiş etdiyimiz məşhur simaların ətir seçimləri necədir?
Ancelina Colinin yalanı üzə çıxdı
Aktyor Bred Pitlə boşanmağa qərar verən Ancelina Coli ilə bağlı daha bir gözlənilməz iddia səsləndirilib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2007-ci ildə Vyetnamdakı "Tam Binh" uşaq evindən Paksı övladlığa götürən Coli həmin sığınacağa yardım edəcəyi ilə bağlı söz verib. Lakin bu günlərdə aktrisanın yalanı üzə çıxıb.
Alim Qasımov qızı ilə ABŞ-a gedəcək
Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.
İki türk serialı final edə bilər - dünənin reytinqi
Dünən Türkiyə telekanallarında ən çox baxılan serial yenə də "İçerde" olub. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Paramparça" və "Babam ve ailesi" serialları isə uğursuzluqluq zolağından çıxa bilmirlər. Hər iki serialın mövsüm sonuna qədər davam edə bilməyəcəyi istisna edilmir.
Fahriye Evcenin yeni serialda alacağı pul təəccübləndirdi
Fahriye Evcen uzun fasilədən sonra ekranlarda geri dönür. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Esaretin bedeli" adlı serialda Engin Akyüreklə tərəf müqabili olacaq aktrisanın qonorarı təəccübləndirib.
Kəlləsinin yarısını itirən uşaq üçün “3D” printerdə yenisi çap edilib
Beşyaşlı Teddi Vard 2014-cü ildə gəzinti zamanı sürüşərək hündür qayadan yıxılıb və nəticədə kəlləsinin sol nahiyəsinin sümükləri sınıq-sınıq olaraq ciddi zədələr alıb. Uşağın sağ qalmasına baxmayaraq kəllənin dəyişdirilməsi üzrə əməliyyatı həyata keçirmək mümkün olmayıb və uşaq evə 24 saat geyinməli olduğu qoruyucu kaskada buraxılıb. Uşağın anası Liza Vardın sözlərinə görə, əvvəllər oğlu yorulmaq bilməyən uşaq olub, lakin zədələrə görə dostlarıgilə qonaq getmək və onlarla birlikdə oynamaq imkanından məhrum olub. Buna səbəb isə ananın onun qəflətən yerə yıxılmasına görə keçirdiyi narahatçılıq idi. Teddinin dostlarının valideynləri də xəstə uşağa görə məsuliyyəti öz üzərilərinə götürməmək üçün onu qonaq dəvət etməkdən ehtiyat edirdilər.
Alimlər illüminatoru sensor displeyə çeviriblər
Fransanın "Vision Systems" şirkəti tərəfindən təqdim edilmiş illüminatorlar planşet kompüterlərin funksiyasını yerinə yetirir.
Dünyada ilk foton neyron şəbəkəsi yaradılıb
Prinston Universitetinin mütəxəssisləri dünyada ilk foton neyron şəbəkəsi yaradıblar. Alimlərin yeni inteqral mikrosxemi istənilən hesablamanı çox böyük sürətlə aparır.
İngilislər dronlardan küçə fənərləri kimi istifadə etməyi təklif ediblər
“Direct Line” sığorta şirkəti pilotsuz uçan aparatlardan (dron) küçələrdə şəxsi işıqlandırma qurğuları kimi istifadə etməyi təklif edir.














