30 yaşın təhlükəsi
Mütəxəssislər maraqlı araşdırma aparıblar. Bu araşdırmalar 30 yaşından sonra cavan və incə görünmək istəyənlər üçündü. Onlar qeyd edirlər ki, əgər insan cavan vaxtı yediyi qidalar ilə 40,50 yaşlarında yediyi qidalar arasında heç bir fərq görmüyəbilər. Lakin bədən bunu qəbul etmir. Buna əsaslanaraq mütəxəssislər 30 yaşından sonra yeyilməməli qidaların adlarını açıqlayıblar.
23 Noyabr 2016 06:00 SosialMütəxəssislər maraqlı araşdırma aparıblar. Bu araşdırmalar 30 yaşından sonra cavan və incə görünmək istəyənlər üçündü. Onlar qeyd edirlər ki, əgər insan cavan vaxtı yediyi qidalar ilə 40,50 yaşlarında yediyi qidalar arasında heç bir fərq görmüyəbilər. Lakin bədən bunu qəbul etmir. Buna əsaslanaraq mütəxəssislər 30 yaşından sonra yeyilməməli qidaların adlarını açıqlayıblar.
Yeyilməməsi gərəkən qidalar siyahısında birinci yeri meyvəli yoqurtlar tutur. Yaşlanmanın qarşısını ala bilməsək də, onun sürətlənməsinə mane ola bilərik. Yoqurdun tərkibində şəkər olduğunu unutmamalıyıq. Çörək və ketcup da yoqurt qədər təhlükəli yeyəcəklərdən hesab olunur.
Son məlumatlara görə günlük kalorinin yüzdə 17 - si ilə 21 - ni şəkərli qidalardan alan insanların ürək xəstəliklərindən ölüm səbəbi şəkərli kolorinin yüzdə 8 faizidi. Ona görə də şirniyyatlardan uzaq durmanız məsləhətdi.
Əgər sağlam olmaq istəyirsinizsə məhdudiyyətsiz halda protein qəbul edə bilərsiniz.
Araşdırmalar nəticəsində o da məlum olub ki, coco - cola erkən qocalmaya, artıq çəkiyə və cinsi zəifliyyə səbəb olur.
Qəhvələrinizi qaymaqsız içməyə çalışın. Qaymağın tərkibindəki yağlar sizin kökəlmənizə və xolestrinizin yüksəlmənizə səbəbdi.
Çox zaman şəkərsiz hesab etdiyiniz qidalar da artıq çəki almağınıza səbəbkar ola bilər. 30 yaşında artıq çəkinizin olması qaraciyərdə problemin olması deməkdi. Tərkibində xüsusi dadlandırıcı olan qidalar müxtəlif xəstəliklərə yol açır. Çipsi, kraker çubuqları, pop - korn, kolbasa - sosika məhsulları xərçəng və obezite xəstəliklərinin yaradıcısıdı. Marqirin yağları da təhlükəli qidalar siyahısındadı. Alimlər qeyd edir ki, marqarin ürək xəstəliklərinin və üzdə qırışların artmasına səbəb olur.