Alim Qasımov qızı ilə ABŞ-a gedəcək

Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.

Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.

Axşam.az-ın məlumatına görə, muğam ifaçıları ilk olaraq ABŞ-da konsert proqramı ilə çıxış edəcəklər. Qastrol səfəri gələn il yanvarın 5-dən 16-dək davam edəcək. Konsertdə ABŞ-ın məşhur "Mart Morris" rəqs qrupunun rəqs ifaları altında "Leyli və Məcnun" operasından səhnəciklər təqdim olunacaq. ABŞ-da baş tutacaq konsert proqramı "Yo-Yo Ma" və "İpək Yolu" ansamblının müşayiəti ilə reallaşacaq.

Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. A.Qasımov və F.Qasımova yanvarın 21-dən başlayaraq iki gün müddətində Sidneydə konsert verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31