Gündəm

İnsanı qoruyan 9 qəribə hal - FOTOLAR

22 Noyabr 2016 19:15

Bizim bədənimiz çətin bioloji proseslərin ibarət bir sistemdir. Çox zaman biz bu prosesləri anlamırıq. Qoruyucu mexanizmlər də onlardan biridir. Onlar bizə 24 saat yardım edir və zərər verəcək mənfi təsirlərdən qoruyur.

Beren Saat: “Kənan komikdir”

22 Noyabr 2016 19:10

İstanbul Komediya Festivalı çərçivəsində səhnəyə çıxan Yılmaz Ərdoğanı izləməyə gələnlər arasında aktrisa Beren Saat və müğənni həyat yoldaşı Kənan Doğulu da olub.

Hər gün bir yumurta yemək nə üçün faydalıdır?

22 Noyabr 2016 19:06

Yumurta ən faydalı qida məhsullarından biridir. Onun tərkibi dəmir, amin turşuları və antioksidantlarla zəngindir.

Qrizman Ronalduya Mayamidə ürək sözlərini deyib

22 Noyabr 2016 19:00

"Qızıl top"a real namizədlərdən olan Kriştianu Ronaldu "France Football"a maraqlı açıqlamalar verib. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu son Avropa çempionatı barədə geniş danışıb.

İbrahimoviç "ilin ən yaxşı futbolçusu" seçildi

22 Noyabr 2016 18:55

İsveçdə 2016-cı ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, bu mükafata İsveç millisinin sabiq üzvü və "Mançester Yunayted"in 35 yaşlı hücumçusu Zlatan İbrahimoviç layiq görülüb.

Eldar Mahmudovun oğlunun biznes şərikinin istintaqı dayandırıldı

22 Noyabr 2016 18:36

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

Səfir: "Qarabağ münaqişəsinə görə Ermənistan alman investorları üçün cəlbedici deyil"

22 Noyabr 2016 18:35

Alman şirkətləri və investorları iri bazarların və siyasi stabilliyin olduğu ölkələrdə maraqlıdır. Ermənistan isə bu siyahıya daxil deyil. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Matias Kislerdeyib:

Üç milyonluq dələduzluğu görə prokuror 170 il istədi

22 Noyabr 2016 18:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlərə Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılır

22 Noyabr 2016 18:31

Sosial məşğulluq məktəbi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının dəstəyi ilə “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi “Sosial məşğulluq məktəbi” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi qaçqın və məcburi köçkün ailələrinin, şəhid ailələrinin uşaqlarının asudə vaxtının düzgün istifadəsi üçün dərnəklərin, xarici dil və kompüter, şahmat kurslarının, rəsm dərslərinin, qızlar üçün tikiş kurslarının, digər əmək təlimlərinin təşkilində rol oynamaq nəzərdə tutulub.

Futbol sevgisi gecəni tualetdə keçirmələrinə səbəb oldu

22 Noyabr 2016 18:27

"Old Trafford"un təhlükəsizlik xidməti Premyer Liqanın 12-ci turunda keçirilən "Mançester Yunayted" - "Arsenal" (1:1) oyunundan öncə stadionun tualetində 2 tələbə aşkar edib.

AntiAzərbaycan simaları bir arada

22 Noyabr 2016 18:18

Milli xəyanətkar, milli satqınlarla birgə Qalmaqallı yazıları, "etibarlı mənbələrdən alınan informasiyalar" əsasında hazırlanan reportajları ilə “ad çıxaran” 62 yaşlı italyan jurnalist Milena Qabanelli Azərbaycan barədə həqiqətə uyğun olmayan məlumatlar sıralamaqdan əl çəkmək niyyətində deyil. Məsələ orasındadır ki, bütün İtaliya cəmiyyətinə kimliyinin bəlli olduğu Qabanelli islah olunmaq əvəzinə Avropada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında ölkəmizə qarşı şər və böhtanlar uydurnmaqdadır. Daha dəhşətlisi odur ki, “xanım” jurnalist antiAzərbaycan fəaliyyətində “sapı özümüzdən olan baltalardan” məharətlə istifadə edir. Daha dəqiq, layaqətini, şərəfini və ən həhayət vətəndaşlıq hissini itirmişləri Azərbaycana qarşı ustalıqla yönəldə bilir. Belə ki, "Report" proqramının sonuncu buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut edib.

"Aztelekom"un sabiq rəhbərlərinin "tender yeyintiləri"

22 Noyabr 2016 18:10

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin həbsdə olan sabiq baş mühasibi Oktay Rüstəmovun tender qalibindən xeyli məbləğdə pul alması müəyyən olunub.

Əsgərlər üçün konsert təşkil olunub

22 Noyabr 2016 18:06

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bibiheybət qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə “Canım-qanım Azərbaycanım” adlı konsert keçirib.

Almaniyada Azərbaycanı tanıtım tədbiri keçirilib

22 Noyabr 2016 18:05

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan sülhsevər ölkədir” adlı tədbir keçirilib. Tədbirdə Almaniyadakı müxtəlif icmaların nümayəndələri, yerli sakinlər və soydaşlarımız iştirak edib.

Əbülfəs Qarayev İCOC-un İcraiyyə Şurasının Akademik Komitəsinin sədrini qəbul edib

22 Noyabr 2016 18:04

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının (İCOC) İcraiyyə Şurasının  Akademik Komitəsinin sədri Alberto Boralevi və Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalının baş redaktoru Ben Evansı qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq, 2017-ci ilin oktyabr ayında V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı haqqında danışaraq, Azərbaycanın qədim xalçaçılıq sənətinin geniş miqyasda tanıdılmasında bu beynəlxalq tədbirin əhəmiyyətini xüsusi qeyd edib. Bu nüfuzlu tədbirin təşkili üçün nümayəndə heyətinin ölkəmizə səfəri və gələcək əməkdaşlıq yüksək qiymətləndirilib.