Əbülfəs Qarayev İCOC-un İcraiyyə Şurasının Akademik Komitəsinin sədrini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının (İCOC) İcraiyyə Şurasının  Akademik Komitəsinin sədri Alberto Boralevi və Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalının baş redaktoru Ben Evansı qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq, 2017-ci ilin oktyabr ayında V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı haqqında danışaraq, Azərbaycanın qədim xalçaçılıq sənətinin geniş miqyasda tanıdılmasında bu beynəlxalq tədbirin əhəmiyyətini xüsusi qeyd edib. Bu nüfuzlu tədbirin təşkili üçün nümayəndə heyətinin ölkəmizə səfəri və gələcək əməkdaşlıq yüksək qiymətləndirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının (İCOC) İcraiyyə Şurasının  Akademik Komitəsinin sədri Alberto Boralevi və Böyük Britaniyanın nüfuzlu "Hali" jurnalının baş redaktoru Ben Evansı qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq, 2017-ci ilin oktyabr ayında V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı haqqında danışaraq, Azərbaycanın qədim xalçaçılıq sənətinin geniş miqyasda tanıdılmasında bu beynəlxalq tədbirin əhəmiyyətini xüsusi qeyd edib. Bu nüfuzlu tədbirin təşkili üçün nümayəndə heyətinin ölkəmizə səfəri və gələcək əməkdaşlıq yüksək qiymətləndirilib.  Eyni zamanda vurğulanıb ki, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. İCOC-un İcraiyyə Şurasının  Akademik Komitəsinin sədri Alberto Boralevi isə öz növbəsində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun yüksək səviyyədə təşkil olunması üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib. Görüşün sonunda Azərbaycan Xalça Muzeyi və Şərq xalçaları üzrə beynəlxalq konfransının İcraiyyə Şurası arasında əməkdaşlıq protokolu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31