AntiAzərbaycan simaları bir arada

Milli xəyanətkar, milli satqınlarla birgə Qalmaqallı yazıları, "etibarlı mənbələrdən alınan informasiyalar" əsasında hazırlanan reportajları ilə “ad çıxaran” 62 yaşlı italyan jurnalist Milena Qabanelli Azərbaycan barədə həqiqətə uyğun olmayan məlumatlar sıralamaqdan əl çəkmək niyyətində deyil. Məsələ orasındadır ki, bütün İtaliya cəmiyyətinə kimliyinin bəlli olduğu Qabanelli islah olunmaq əvəzinə Avropada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında ölkəmizə qarşı şər və böhtanlar uydurnmaqdadır. Daha dəhşətlisi odur ki, “xanım” jurnalist antiAzərbaycan fəaliyyətində “sapı özümüzdən olan baltalardan” məharətlə istifadə edir. Daha dəqiq, layaqətini, şərəfini və ən həhayət vətəndaşlıq hissini itirmişləri Azərbaycana qarşı ustalıqla yönəldə bilir. Belə ki, "Report" proqramının sonuncu buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut edib.

Milli xəyanətkar, milli satqınlarla birgə

Qalmaqallı yazıları, "etibarlı mənbələrdən alınan informasiyalar" əsasında hazırlanan reportajları ilə "ad çıxaran" 62 yaşlı italyan jurnalist Milena Qabanelli Azərbaycan barədə həqiqətə uyğun olmayan məlumatlar sıralamaqdan əl çəkmək niyyətində deyil. Məsələ orasındadır ki, bütün İtaliya cəmiyyətinə kimliyinin bəlli olduğu Qabanelli islah olunmaq əvəzinə Avropada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında ölkəmizə qarşı şər və böhtanlar uydurnmaqdadır. Daha dəhşətlisi odur ki, "xanım" jurnalist antiAzərbaycan fəaliyyətində "sapı özümüzdən olan baltalardan" məharətlə istifadə edir. Daha dəqiq, layaqətini, şərəfini və ən həhayət vətəndaşlıq hissini itirmişləri Azərbaycana qarşı ustalıqla yönəldə bilir. Belə ki, "Report" proqramının sonuncu buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut edib.

Proqramda M.Qabanelli Luka Volonteyə qarşı məhkəmə prosesindən danışandan sonra sevimli mövzusuna keçib. Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyəti barədə paroksizm həddinə çatan yalanlardan sonra jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli, Almaniyanın insan haqları üzrə ombudsmanı Kristof Ştrasser, habelə İtaliyanın Apuliya regionunun rəhbəri Mikele Emiliano "estafeti bir-birilərinə ötürüblər". Kimdir, bu şəxslər, onların Azərbaycanla nə bağlantısı var?  Məlumat üçün qeyd edək ki, sözügedən proqramda çıxış edənlərin tam əksəriyyəti uzun illərdən bəridir ki, Azərbaycan əleyhinə kampaniyalarda fəallıq nümayiş etdirirlər. Özü də milli xəyanətkar, milli satqınlarla birgə. Təbii ki, Azərbaycana nifrətlərini sərgiləmək üçün "etibarlı" efir axtarışında olan naqislər fürsəti əldən verə bilməzdilər. Elə bu səbədən də Avropanın ən çox marağında olan "siyasi məhbis" məsələsini qabartmağa üstünlük veriblər. İstər özünü medianın Janna D-Arkı hesab edən jurnalist Xədicə İsmayıl, istərsə də siyasət çirkabında çabalayan Əli Kərimli ürəklərini italyanlara açıblar.  Nə qədər qəribə olsa da, guya Azərbaycanda baş verənlərdən narahatçılıq keçirdiyini ifadə etməyə çalışan Kristof Ştrasser də onlara dəstək olub. Yeri gəlmişkən qeyd edək ki, bu insanın ümumiyyətlə insan hüquqlarından danışmağa haqqı yoxdur. Nəzərə almaq lazımdır ki, Kristof Ştrasser Azərbaycandakı "köçəri" müxalifətin, habelə "demokratiya fədailəri"nin dostu imicini qazanıb. 1977-1982-ci illərdə Almaniyada uşaqbazlığın qanuniləşdirilməsinə çalışmış siyasətçilər arasında yer alan bu insan utanmaz-utanmaz mənəvi-əxlaqi dəyərlərdən "dərs verməyə" çalışır. 

Apuliyanın rəhbəri Mikele Emiliano da ölkəmizin siyasi, iqtisadi dirçəlişinə qarşı çıxanlardandır. O, Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq Transadriatik boru kəməri (Trans Adriatic Pipeline, TAP) layihəsinə qarşı isterik çıxışları, "zeytun ağacları məhv olacaq bu boru çəkilsə" kimi atmacaları ilə yadda qalıb. Təsadüfi deyil ki, M.Qabanellinin proqramında TAP da hədəfə alınmışdı. Guya yerli "ekoloji lobbi"nin nümayəndələrini danışdıran aparıcı anlamaq istəmirdi ki, TAP qonşu Yunanıstan və Albaniya ilə yanaşı, İtaliyanın özündə minlərlə yeni iş yeri yaradacaq. TAP-ın Apuliya regionunun ekologiyasına və landşaftına ziyan vuracağı barədə iddialarsa yalandır. Əslində Qabanellidən bundan artığını gözləmək də sadəlövhlük olardı. Çünki, bu şəxs Azərbaycan barədə reallığı qətiyyən qəbul edə bilmir, Azərbaycanın beynəlxalq və regional layihələrdə iştirakına qısqanclıqla yanaşır.  Proqramda Azərbaycana qarşı isterika o həddə çatıb ki, hətta Roma Papasının Azərbaycana səfəri zamanı ölkəmizə qarşı işlətdiyi xoş sözlərdən qıcıqlandıqları açıq-aşkar sezilib. Buna dözümsüzlük nümayiş etdirən M.Qabanelli Vatikanla Bakı arasındakı əlaqələri tənqid edib, Roma Papasını "reallıqları görməmək"də suçlayıb. Bununla usanmayan M.Qabanelli bütün tamaşaçılara "Dağlıq Qarabağ ermənilərinin həyatı barədə" reportaj təqdim edib. Üstəlik reportaja özünəməxsus qaydada şərh verib. Amma özündən asılı olmayan səbəblər ucbatından verilişin sifarişçilərini ifşa edib: "Bizə göstərdikləri köməyə və xüsusilə də təqdim etdikləri faktlara görə erməni dostlara təşəkkür etmək istərdim". Onu da qeyd edək ki, reportajda Milena Qabanelli Erməistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini konteksdən çıxararaq ona dinlərarası münaqişə donu geyindirmyə çalışıb. Milena Qabanelli Dağlıq Qarabağ münaqişəsini "xristianlarla müsəlmanlar arasında konflikt" kimi qələmə verir və bununla da qərəzkarlıqda, yalanda, üstəlik islamofobiyada bir zamanlar "müsəlmanlar siçovul kimi artırlar" demiş başabəla italyan yazıçı Oriana Fallaçini də üstələyir. Belə məlum olur ki, Azərbaycan torpaqları işğal olunmayıb, müharibə, tökülən qan dinlərarası konfliktin nəticəsidir. Azərbaycanın ittiham olunduğu, Bakının ünvanına hədyanların səsləndiyi proqramda Azərbaycanın dövlət qurumlarının mənsubları, deputatlar, siyasətçilər, ekspertlər, "demokratiya qəhrəmanı" sayılmayacaq normal, adekvat jurnalistlər belə, yoxdur. Ən maraqlısı isə odur ki, Milena Qabanelli "ermənilərdən dəstək və yardım" aldığını etiraf edir. Qabanellinin erməni lobbisi ilə işbirliyinə sahib olduğunu, üstəlik onun fərdi keyfiyyətində tamahkarlıq və qərəzkarlıq motivlərini nəzərə alsaq, həmin yardımların sadəcə "informasiya" deyil, reallıq olduğu qənaətinə gəlmiş olarıq. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31