Gündəm

İlk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlayıb

22 Noyabr 2016 18:02

Azərbaycanın gənc startup-ı “CarDoctor” “SOCAR PETROLEUM” QSC ilə əməkdaşlıq çərçivəsində yeni inovativ məhsul təqdim edib. “OLAYLAR”-ın xəbərinə görə, Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlayıb. İlk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində istifadəyə verilib.

Bakı Nəqliyyat Agentliyindən avtobus sürücülərinə xəbərdarlıq

22 Noyabr 2016 17:56

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib. Belə ki, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb.

Qaradağda “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilib 

22 Noyabr 2016 17:54

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsi Kənan Yaqubov adına 184 saylı tam orta məktəbdə “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilib.

Qlobal siyasətin dəyişməsi: radikalizm və lokallaşma meylləri artır

22 Noyabr 2016 17:48

ABŞ-da Donald Trampın seçkidə qələbə qazanması dünya siyasi dairələrində təlatüm yaradıb. İndi analitiklər və ekspertlər bütövlükdə bəşəriyyəti nələrin gözlədiyini təhlil etməyə çalışırlar. Söhbət dünya siyasətində meydana çıxa biləcək mənzərədən gedir. Bir sıra mütəxəssislər hesab edirlər ki, Tramp fenomeni son illər Qərb siyasi mühitində özünü göstərən proseslərin birbaşa məntiqi nəticəsidir.

İdmançılarımız İtaliyadan qələbə ilə qayıdıb

22 Noyabr 2016 17:46

İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları yüksək nəticə əldə ediblər. “OLAYLAR”-ın xəbərinə görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Mutayev Ömər 78 kq çəki dərəcəsində I yeri, Quliyev Seymur isə 93 kq çəki dərəcəsində II yeri tutub. Qeyd edək ki, dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib.

Binəqədidə daha bir sosial layihə həyata keçirilir

22 Noyabr 2016 17:42

Binəqədi rayonu Gənclər evində Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində ilk tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Sağlam qadın” mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ginekoloq-cərrah Dr.Gülnarə Əzimova və gənc xanımlar iştirak edib.

“Ölkə başçısının qətiyyətli mövqeyi....”

22 Noyabr 2016 17:41

Fərəc Quliyev: “Korrupsiya və digər özbaşınalıqlara qarşı üsyan xarakterli addımlardır” Ötən ilin sonlarında Milli Təhlükəsizlik (DTX) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində baş verən məlum proseslər son bir ilin əsas müzakirə mövzusu oldu. Hazırda da hər iki nazirliklə bağlı gedən müzakirələr səngimək bilmir. İctimaiyyət arasında müzakirələrdə MTN və Rabitə Nazirliyi daxilindəki özbaşınalığın, yeyinti hallarının digər nazirliklərdə də olduğunu, sadəcə, hədəfə bu qurumların gəldiyini deyirlər. Hətta qarşıdakı zamanlarda hər iki nazirliyin taleyini yaşayacaq rəsmi qurumların da olacağı istisna edilmir. Bununla bağlı daha bir fikir də var ki, o da hakimiyyətə son bir ildə dəyən zərbə ilə bağlıdır.

18 yaşlı rusiyalı qız Bakıda girova çevrilib

22 Noyabr 2016 17:31

Sankt-Peterburqdan Bakıya atalığının yanına gəlmiş məktəbli qız girova çevrilib. O, artıq iki həftədir ki, Azərbaycandadır.

Gələn il üçün qrant müsabiqəsinə həsr olunan ictimai müzakirə keçirilib

22 Noyabr 2016 17:30

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il qrant müsabiqəsinə həsr olunan ictimai müzakirə keçirib.

Sevgilisi ilə birləşib ərini öldürən qadına HÖKM OXUNDU

22 Noyabr 2016 17:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Müğənnilərin gizli BİZNESİ: Kimin nəyi var? - SİYAHI

22 Noyabr 2016 17:14

Səs elədir ki, bir gün sənin olmaya bilər. Allah eləməsin, bir yuxudan durub görərsən ki, “xoruz buraxırsan”, ya da səsin səni yarı yolda qoyub. Hə, onda başlayırsan başına çarə axtarmağa. Elə müğənni var ki, başının çarəsinə bəribaşdan baxıb. Dar gün üçün sərmayə qoyub, ya da biznes fəaliyyətilə məşğuldur. Hərgah özlərinə “mübarəkbadlıq” verəndə iki dəsmalla elə ağlayırlar ki, az qalırsan, sonuncu qəpiyini də çıxarıb onlara verəsən. Amma ağlamaqla deyil ki, görünən kəndə nə bələdçi. Sağlıqlarına qismət olsun!

500 azərbaycanlı zəvvar İraq-İran sərhədində saxlanılıb

22 Noyabr 2016 17:10

Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb. Olaylar.az xəbər verir ki, bu barədə APA-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları  buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb: 

Dairəvi dəmir yolunda 1125 metr yol əsaslı təmir olunur

22 Noyabr 2016 17:07

Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 kilometr uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işləri davam edir. “OLAYLAR”-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, noyabrın 22-də Nərimanov – Böyükşor mənzilində daha 1125 metr yolun qoyuluşuna başlanıb. Yolun qoyuluşu iki gün davam edəcək. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Müdafiə naziri Böyük Britaniya səfiri ilə görüşüb

22 Noyabr 2016 17:06

Noyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.

"İlhamə Quliyeva məni bıçaqla yaralayıb" - YENİLƏNİB

22 Noyabr 2016 17:04

Fasilədən sonra Mehriban Hüseynova əlavə edib ki, Vüqar Bəkirov saxta vəsiyyətnamə düzəltmək üçün 3500 manat pul verib: "Mənə dedilər ki, İlhamə xanımın saxta imzası lazımdır. Bir qədər sonra Vüqar məndən 6 min manat pul istədi".