Binəqədidə daha bir sosial layihə həyata keçirilir

Binəqədi rayonu Gənclər evində Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində ilk tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Sağlam qadın” mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ginekoloq-cərrah Dr.Gülnarə Əzimova və gənc xanımlar iştirak edib.

Binəqədi rayonu Gənclər evində Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və "Müasir Gənclər Klubu" MMC-nin təşkilatçılığı ilə "İŞIQ-FOR WOMAN" adlı sosial layihə çərçivəsində ilk tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Sağlam qadın" mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ginekoloq-cərrah Dr.Gülnarə Əzimova və gənc xanımlar iştirak edib. Tədbirdə "Sağlam gələcək, sağlam cəmiyyət üçün xanımlarımızın qayğısına qalmaq lazımdır. Məhz bu səbəbdən bir xanım üçün sağlam olmaq hər şeydən daha vacibdir" deyən Dr.Gülnarə Əzimova ginekoloji xəstəliklər, onların ilkin əlamətləri və nəzərdə tutulmuş müayinə metodları, ginekologiyada hormonal sistemin rolu, hormonların fizioloji rolu, psixokonsultasiya və s. haqqında məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb Qeyd edək ki, qadınların maarifləndirilməsi məqsədilə keçirilən "İŞIQ-For WOMAN" adlı sosial layihə çərçivəsində qadınların müxtəlif mövzular - psixoloji, tibbi, geyim mədəniyyəti, idarəetmə - üzrə bilik və bacarıqlarının artırılması istiqamətində peşəkar təlimçilərin iştirakı ilə seminarlar təşkil olunacaqdır. Layihənin rəhbəri "Müasir Gənclər Klubu" MMC-nin təsisçisi Anar Abdulovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31