İlk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlayıb

Azərbaycanın gənc startup-ı “CarDoctor” “SOCAR PETROLEUM” QSC ilə əməkdaşlıq çərçivəsində yeni inovativ məhsul təqdim edib. “OLAYLAR”-ın xəbərinə görə, Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlayıb. İlk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində istifadəyə verilib.

Azərbaycanın gənc startup-ı "CarDoctor" "SOCAR PETROLEUM" QSC ilə əməkdaşlıq çərçivəsində yeni inovativ məhsul təqdim edib. "OLAYLAR"-ın xəbərinə görə, Bakıda yerləşən "SOCAR" yanacaqdoldurma məntəqəsində "CarDoctor-Selfservice" ilk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlayıb. İlk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən "SOCAR PETROLEUM" QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində istifadəyə verilib. Gələcəkdə SOCAR-ın digər yanacaqdoldurma məntəqələrində də quraşdırılması planlaşdırılır. Universal avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulur. Köşk hazırda nağd pul qəbul edir, lakin gələcəkdə kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək mümkün olacaq. Eyni zamanda, nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə də təchiz olunacaq bu köşklər vasitəsilə avtomobillərdə ortaya çıxan texniki nasazlıqlar yerindəcə sürücülərə təqdim olunacaq. Belə ki, texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır. Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31