Sahibə Qafarova Kiprə gedir

Noyabrın 24-25-də Kiprdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcək. Bu barədə MM-dən verilən məlumata görə, tədbirlərdə Mərakeşdə, Makedoniyada, Gürcüstanda və Monteneqroda keçirilmiş parlament seçkilərinin, Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərinin nəticələri, təşkilatın 2017-ci ildəki fəaliyyət planı, sağlamlıq və davamlı inkişaf, demokratiya və siyasi məsələlər mövzularında müzakirələr aparılacaqdır. Deputat Sahibə Qafarova müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəkdir.

Noyabrın 24-25-də Kiprdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcək. Bu barədə MM-dən verilən məlumata görə, tədbirlərdə Mərakeşdə, Makedoniyada, Gürcüstanda və Monteneqroda keçirilmiş parlament seçkilərinin, Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərinin nəticələri, təşkilatın 2017-ci ildəki fəaliyyət planı, sağlamlıq və davamlı inkişaf, demokratiya və siyasi məsələlər mövzularında müzakirələr aparılacaqdır.
Deputat Sahibə Qafarova müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31