Bakı Slavyan Universitetində maarifləndirmə tədbiri keçirilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Bakı Slavyan Universitetində maarifləndirmə tədbiri keçirilib.
23 Noyabr 2016 12:25 Sosial"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Bakı Slavyan Universitetində maarifləndirmə tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Dovlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü və Təhsil Nazirliyi ilə birgə təşkilatçılığı, həmçinin Daxili İşlər, Səhiyyə Nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi qrupunun və aidiyyəti dövlət qurumlarının nümayəndələri mövzuya dair çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermiş, tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin toplantı çərçivəsində tələbələrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılıb.