Qadın evində tüstüdən boğularaq ölüb
Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
23 Noyabr 2016 12:42 KriminalBakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.