Yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb

Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Buna görədə hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində xüsusəndə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarfiləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı 20 yanvar dairəsi Tibilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var. Diqqətinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.

Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Buna görədə hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində xüsusəndə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarfiləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı 20 yanvar dairəsi Tibilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var. Diqqətinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31