Gündəm
Tanınmış bloqer Mehman Hüseynov qəzaya düşdü
Tanınmış bloqer Mehman Hüseynov avtoqəzaya düşüb. Olaylar.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı bloqerin özü yayıb:
Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək
Noyabrın 23-də Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulacaq. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, imtahanlarda 1000-dən çox rus dili və ədəbiyyatı (rus bölməsi), rus dili (Azərbaycan bölməsi), riyaziyyat və tarix müəllimi iştirak edəcək. Qubada keçirilən diaqnostik qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edir. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədəötən il müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər. Növbəti diaqnostik qiymətləndirmə 27-28 noyabr tarixlərində İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək. İmtahanda İsmayıllı ilə yanaşı, Qobustan və Şamaxı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimləri də bu imtahanlara cəlb ediləcəklər.
Ulduz Şokolad Fabriki Beynəlxalq Qida Sərgisində
Şirkət Səudiyyə Ərəbistanında “Made in Azerbaijan” brendini təqdim edir Ulduz Şokolad Fabriki Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş “FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisində iştirak edir. .Şirkətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, noyabrın 24-nə qədər davam edəcək“FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisindəümumilikdə dünyanın 32 ölkəsindən 200-dənçox fabrikin 450 brendi iştirak edir. Səudiyyə Ərəbistanının şahzadəsi Fahat Bin Muqrin Bin Abdul Əziz tərəfindən təşkil olunan beynəlxalq sərgidə Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri iştirak edirlər. Beynəlxalq sərgidə ölkəmizi “Made in Azerbaijan” adı altında yalnız Ulduz Şokolad Fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Ərdoğan: Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur
Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarı Ankara üçün heç bir əhəmiyyət kəsb etmir.
Məktəblilər arasında foto müsabiqə keçirilib
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən 10-15 yaşlı uşaqlar arasında foto müsabiqə keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, "Yaşıl gələcək naminə" adlı foto müsabiqə 25 məktəbi əhatə edib. Foto müsabiqədə I yerə Məhəmməd İslamov, II yerə Bəyim Hüseynzadə, III yerə isə Fərid Əliyev layiq görülüblər. Müsabiqədə fərqlənən 25 fotonun müəllifi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblər Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard tərəfindən təltif olunublar. Müsabiqə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı tərəfdaşlığın 25 ili münasibətilə təşkil edilib.
İcra sənədlərini qərəzli icra etməyən 3702 nəfər məsuliyyətə cəlb olunub
Bu ilin 9 ayında Azərbaycanda icra sənədlərini qərəzli icra etməyən 3702 nəfər inzibati məsuliyyətə cəlb olunub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir" adlı məqaləsində deyilir.
Azərbaycanda qadınları zorlayanlar bağışlanacaqlar?
Son günlər Türkiyə Böyük Millət Məclisində müzakirə olunan "təcavüz etdiyi şəxslə evlənsə, həbs olunmayacaq" qanun layihəsinə münasibət həm Türkiyə cəmiyyətində, həm də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
Türkiyədə Azərbaycan əleyhinə yazan sayt BAĞLANDI
Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış "kurultay.com.tr" adlı internet qəzetinin fəaliyyətini dayandırıb. Olaylar.az APA-ya istinadən xəbər verir ki, internet qəzetinin baş redaktoru, eyni zamanda "Azadlıq" qəzetinin Ankara təmsilçisi Aydın Taşın jurnalist vəsiqəsi də ləğv edilib.
Yevlaxda ƏMƏLİYYAT - Qadağan edilmiş dini ədəbiyyat, qumbara, narkotik...
Yevlax şəhər sakini Heydər Bəkirovdan narkotik vasitə, silah-sursat, yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
İŞİD polkovniki edam etdi
Eldar Mahmudovun ən ağır günü haqqında ilk dəfə... - ŞOK TƏFƏRRÜATLAR
Bu il artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sonuncu rəhbəri Eldar Mahmudovun 60 yaşı tamam olub. Mahmudov yubiley yaşını heç vaxt proqnozlaşdırmadığı kimi - sadəcə, ailə üzvləri ilə qarşılayıb. Əlbəttə, əgər buna "qarşılamaq" demək mümkündürsə. Onun yubiley yaşını dilxorçuluq və hüzn müşayiət edib.
Çikaqoda atışma - iki azyaşlı yaralandı
Qar yağacaq, şaxta olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Bakıda mağazalarda satılan süni yumurta: sarısı jelatin, qabığı gipsdən - VİDEO
Xəbər verdiyimiz kimi, Bakıda mağazalarda süni yumurta satılır. Olaylar.az baku.ws-ə istinadən xəbər verir ki, Çin istehsalı olan yumurtalar paytaxt mağazalarında açıq-aşkar satışa çıxarılıb.
Maşınınız donub? - Bu qaydalara əməl edin!
Son bir neçə gün davam edən hava şəraitini nəzərə alsaq, qarşıdan gələn qışın sərt və şaxtalı olacağına güman edə bilərik. Odur ki, sürücülər yollarda qalmamaq üçün indidən avtomobillərini qış aylarına hazırlamalıdırlar.














