Yevlaxda ƏMƏLİYYAT - Qadağan edilmiş dini ədəbiyyat, qumbara, narkotik...
Yevlax şəhər sakini Heydər Bəkirovdan narkotik vasitə, silah-sursat, yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
23 Noyabr 2016 13:24 KriminalYevlax şəhər sakini Heydər Bəkirovdan narkotik vasitə, silah-sursat, yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini H.Bəkirovdan 6,58 qram marixuana götürülüb.
Onun evinə baxış zamanı isə oradan "RQD-5", "RKQ-3" markalı qumbaralar, qumbaranın alışqanı üçün fitil, 16 ədəd patron, yayılması və təbliği qanunla qadağan edilmiş 1 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31