İŞİD polkovniki edam etdi
23 Noyabr 2016 13:25 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Yəməndə mövqelərini gücləndirir. Ölkədə 19 aydan bəri davam edən qanlı vətəndaş savaşı nəticəsində Ədən müvəqqəti paytaxta çevrilib.
Al Arabiya- bildirir ki, Ədən hava limanının təhlükəsizlik xidmətinin rəhbərlərindən biri, polkovnik Əbdül Rəhim əl Daleini ələ keçirən İŞİD terrorçuları onu edam ediblər.
Bir müddət əvvəl isə İŞİD ölkənin Milli Təhlükəsizlik Xidmətinin polkovniki Əli Müqbil Əvadhı Mənsur bölgəsində, Ədən yaxınlığında güllələyərək qətlə yetirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31