Məktəblilər arasında foto müsabiqə keçirilib

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən 10-15 yaşlı uşaqlar arasında foto müsabiqə keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, "Yaşıl gələcək naminə" adlı foto müsabiqə 25 məktəbi əhatə edib. Foto müsabiqədə I yerə Məhəmməd İslamov, II yerə Bəyim Hüseynzadə, III yerə isə Fərid Əliyev layiq görülüblər. Müsabiqədə fərqlənən 25 fotonun müəllifi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblər Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard tərəfindən təltif olunublar. Müsabiqə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı tərəfdaşlığın 25 ili münasibətilə təşkil edilib.

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən 10-15 yaşlı uşaqlar arasında foto müsabiqə keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, "Yaşıl gələcək naminə" adlı foto müsabiqə 25 məktəbi əhatə edib. Foto müsabiqədə I yerə Məhəmməd İslamov, II yerə Bəyim Hüseynzadə, III yerə isə Fərid Əliyev layiq görülüblər. Müsabiqədə fərqlənən 25 fotonun müəllifi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblər Bakı Ekspo Mərkəzində keçirilən "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard tərəfindən təltif olunublar. Müsabiqə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı tərəfdaşlığın 25 ili münasibətilə təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31