Gündəm

Erməni vandalizmindən bəhs edən kitabların təqdimatı keçiriləcək

23 Noyabr 2016 14:23

Noyabrın 24-də Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək.

Tramp Ermənistanın işğal etdiyi torpaqların azad edilməsində Azərbaycana kömək edə bilər

23 Noyabr 2016 14:21

Donald Trampın ABŞ prezidenti seçilməsi vəziyyəti dəyişə bilər və Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri almasında Azərbaycana yardım edə bilər. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri, "Tool Shed Group"un rəhbəri Ceyson Katsın "The American Thinker" buraxılışındakı məqaləsində yer alıb.

Azərbaycan prezidenti: “Avropa Oyunlarını Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkil etmişik” -  YENİLƏNİB

23 Noyabr 2016 14:19

Azərbaycan prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

İlham Əliyev: “Azərbaycan beynəlxalq tədbirlərin keçiriməsində kifayət qədər təcrübəyə malikdir” - YENİLƏNİB

23 Noyabr 2016 14:17

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.

Bakıda yeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılmasının neçə baş verdiyi məlum olub - "MTN işi"

23 Noyabr 2016 14:14

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin işi üzrə zərərçəkmiş şəxslərdən “Yeni Yasamal” MTK tikinti şirkətinin sədri Cahangir Alışovun ibtidai istintaqa ifadəsində maralıq məqamlar üzə çıxıb.

Dünyanın ən iyrənc yeməyi - VİDEO - FOTO +21

23 Noyabr 2016 14:06

Çinin cənubunda "Üç ciyilti" adlı yemək çox məşhurdur. Milli.Az AsiaOne-a istinadən bildirir ki, yeni doğulmuş siçovul balalarını nimçəyə yığır, masaya qoyurlar. Sonra bu heyvanları souslara batırıb yeyirlər.

Çingiz Əsədullayev haqda ŞOK FAKT - Mahmudovun pullarını saxlayıb

23 Noyabr 2016 14:04

Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra cinayət işinə cəlb olunmayan digər bir neçə dövlət adamının da bu işdən xəbərdar olması və ya birbaşa iştirak etməsi ortaya çıxıb.

Norveç səfiri Masallı rayonuna səfər edib 

23 Noyabr 2016 14:02

Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen Masallı rayonuna səfər edib. “OLAYLAR”-ın xəbərinə görə,  Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib. Görüş zamanı rəsmi səfərdə olan səfirə Azərbaycanın ən çox əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Səfir B.İ.Svendsen bildirib ki, Azərbaycanla Norveç arasında diplomatik münasibətlər 1992-ci ilin iyun ayından qurulub.

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

23 Noyabr 2016 14:00

Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə,  218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir.  Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə,  218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir. 

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

23 Noyabr 2016 13:59

Bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündə 2582 nömrəli quyu qazmadan sonra istismara verilib.  “OLAYLAR”-ın xəbərinə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2410-2395 metr intervaldan gündəlik 20 ton neft və 12000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.  Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir. 

Ekspert: “Minsk qrupu əhəmiyyətsiz bir qruma çevrilib”

23 Noyabr 2016 13:56

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində faydasız bir quruma çevrilib”. Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib.

Taksilər üçün kvota müəyyən ediləcək EKSPERT RƏYİ

23 Noyabr 2016 13:55

"Taksi sürücüsü qanuni fəaliyyət göstərməsi üçün “Fərqlənmə nişanı” almalı, vergi ödəməlidir”. Bunu SİA-ya açıqlamasında ekspert Ərşad Hüseynov deyib.

Musiqili Teatrda həftəsonunun maraqlı tamaşaları

23 Noyabr 2016 13:51

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, 25, 26, 27 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara "Qafqazlı qardaşqızı" (R. Hacıyev), "Yağış göbələyinin macərası" (R. Şəfəq, V. Zimin), "Toya bir gün qalmış" (Ə. Səmdəli), "Dəcəl çəpişlər" (O. Zülfüqarov, R. Heydər) və "Qızıl toy" (O. Kazımi, R. Heydər) tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Svetlana Bulax, Ələkbər Əliyev, Boris Qrafkin, Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvinenko, Firuz Məmmədov, Emil Heydərov, Nadejda Povelitsına, Gülçöhrə Abdullayeva, Yuliya Heydərova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Güldanə Əzimova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

ŞOK STATİSTİKA: Ölkədə boşananlar ailə quranlardan çoxdur

23 Noyabr 2016 13:49

2016-cı il oktyabrın 1-i vəziyyətinə görə, qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Olaylar.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Anar Məmmədov Trampın andiçməsinə dəvət olunub

23 Noyabr 2016 13:47

"Amerika-Azərbaycan" Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə dəvət olunub.