“Neft Daşları” yatağında yeni quyu istismara verilib
Bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündə 2582 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2410-2395 metr intervaldan gündəlik 20 ton neft və 12000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
23 Noyabr 2016 13:59 İqtisadiyyatBu günlərdə "Neft Daşları" yatağındakı 2585 saylı stasionar dəniz özülündə 2582 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, "Azneft" İstehsalat Birliyinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2410-2395 metr intervaldan gündəlik 20 ton neft və 12000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.