Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə,  218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir.  Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə,  218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir. 

Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə,  218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31