Erməni vandalizmindən bəhs edən kitabların təqdimatı keçiriləcək
Noyabrın 24-də Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək.
23 Noyabr 2016 14:23 SosialNoyabrın 24-də Azərbaycan, ingilis və rus dillərində hazırlanmış "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri", "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası" və "Çuxursəd hakimləri və İrəvan xanları" adlı əsərlərin təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabı kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və "Azərbaycan Tarixçiləri" İctimai Birliyidir. Təqdimat mərasimi Prezident Kitabxanasında baş tutacaq.