Norveç səfiri Masallı rayonuna səfər edib
Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen Masallı rayonuna səfər edib. “OLAYLAR”-ın xəbərinə görə, Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib. Görüş zamanı rəsmi səfərdə olan səfirə Azərbaycanın ən çox əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Səfir B.İ.Svendsen bildirib ki, Azərbaycanla Norveç arasında diplomatik münasibətlər 1992-ci ilin iyun ayından qurulub.
23 Noyabr 2016 14:02 SosialNorveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen Masallı rayonuna səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib. Görüş zamanı rəsmi səfərdə olan səfirə Azərbaycanın ən çox əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Səfir B.İ.Svendsen bildirib ki, Azərbaycanla Norveç arasında diplomatik münasibətlər 1992-ci ilin iyun ayından qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi isə 1998-ci ildən fəaliyyət göstərir. Ötən bu müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Bard İvar Svendsen elə həmin gün Heydər Əliyev Mərkəzində, uşaq-incəsənət məktəbində, Bayraq Meydanı və Azərbaycanın Rəmzləri Muzeyində, uşaq-incəsənət məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində " ASAN h ə yat " kompleksində olub, "EMBAVOOD" mebel fabrikində istehsal prosesi ilə tanış olub, İsti-su sanatoriyasını gəzib.