Türkiyənin təhsil işçiləri İsmayıllıya səfər edib

İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbi bir qrup şagird və müəllimləri ilə birlikdə “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” layihəsinə qoşulub. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən Türkiyə Cumhuriyyətindən 5 nəfərlik müəllimlərdən ibarət heyət rayona səfər edib. Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və müxtəlif tədbirlərdə iştirak ediblər.

İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbi bir qrup şagird və müəllimləri ilə birlikdə "Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı" layihəsinə qoşulub. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış "Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı" Qardaşlaşmış məktəblər protokoluna əsasən Türkiyə Cumhuriyyətindən 5 nəfərlik müəllimlərdən ibarət heyət rayona səfər edib. Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və müxtəlif tədbirlərdə iştirak ediblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları RİH-də qəbul edib. Səmimi keçən qəbulda fikir və təcrübə mübadiləsi aparılıb. Qonaqların Lahıc qəsəbə və İvanovka kənd tam orta məktəblərinə səfərləri də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31