Marneulidə müasir tədris mərkəzi fəaliyyətə başlayıb
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda müasir tədris mərkəzinin rəsmi açılış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli rayonu İcra Hakimiyyəti başçısı Merab Topçişvili, deputat Ruslan Hacıyev və Tamaz Naveryani, Marneuli Bələdiyyə sədri Nəbi Abdullayev, Barış və İnteqrasiya məsələləri üzrə Dövlət Nazirinin müşaviri Zaur Darğalı və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Samirə Ağayeva iştirak edib. Həmçinin mərasimdə ictiamiyyət nümayəndələri, məktəb direktorları, aktiv gənclər və media nümayəndələri iştirak etmişdir. Rəsmilər qrımızı lenti kəsdikdən sonra nitq söyləmiş və mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
23 Noyabr 2016 12:57 SosialGürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda müasir tədris mərkəzinin rəsmi açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli rayonu İcra Hakimiyyəti başçısı Merab Topçişvili, deputat Ruslan Hacıyev və Tamaz Naveryani, Marneuli Bələdiyyə sədri Nəbi Abdullayev, Barış və İnteqrasiya məsələləri üzrə Dövlət Nazirinin müşaviri Zaur Darğalı və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Samirə Ağayeva iştirak edib. Həmçinin mərasimdə ictiamiyyət nümayəndələri, məktəb direktorları, aktiv gənclər və media nümayəndələri iştirak etmişdir. Rəsmilər qrımızı lenti kəsdikdən sonra nitq söyləmiş və mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar. Qrinvic Təhsil Mərkəzinin fəaliyyəti, məqsədi və strategiyası haqqında giriş sözülə tədbiri açan mərkəzin direktoru Nərgiz Əliyeva deyib ki, bu addımın əsas məqsədi gənclərimizin təhsilə marağının artırılmasıdır: "Mərkəzimizdə peşəkar müəllim kollektivi çalışır, xüsusi proqramlar hazırlanıb ki, yeniyetmə- gənclərə keyfiyyətli təhsil verə bilək". Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili Marneulidə yaşayanların gürcü dili probleminin həllində bu mərkəzin müstəsna xidmətləri olacağına inandığını bildirib. Belə bir mərkəzin azərbaycanlılar təşəbbüsü ilə açılmasını nümunəvi addım kimi qiymətləndirib. Marneuli rayonu İcra Hakimiyyəti başçısı Merab Topçişvilibelə bir mərkəzin iki millət arasındakı gələcək münasibətlərə, tarixin öyrənilməsinə, millətlərin bir- birini tanımasına xidmət edəcəyini bildirib. İcra başçısı Azərbaycan dilini də bu mərkəzdə öyrənəcəyini deyib. Millət vəkili Ruslan Hacıyev Marneulidə belə bir mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə olduğunu deyib. Qeyd edib ki, xüsusilə dövlət dilinin tədrisinin azyaşlılar üçün tədrisi olduqca mühüm addımdır. Tamaz Naveryani isə çıxışında uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında belə mərkəzlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Samirə Ağayeva mərkəzin açılışını "Bilik günü" adlandıraraq, uşaq və yeniyetmələrin müasir standartalara uyğun tədris metodları ilə dərs alacaqlarına inandığını bildirib. Daha sonra simvolik tort kəsilmiş və mərkəzin fəaliyyəti haqqında qonaqlara geniş məlumatlar verilib.