Gündəm
Əmrahın oğlu: "Atam mənə xeyir-dua vermədi" - VİDEO
ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənniƏmrahın oğlu Tayfun Ərdoğan atası ilə bağlı maraqlı açıqlamalar verib:
Regionda diplomatiya yerini yenidən hərbi hərəkətliliyə verməkdədir
Məhəmməd Əsədullazadə: “Növbəti ildən münaqişə ətrafında istənilən nəticənin şahidi ola bilərik” Daha bir il başa çatmaq üzrədir. Başa vurmaqda olduğumuz 2016-ci il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişin əldə edilmədiyi il kimi tarixə düşməkdədir. Düzdür, ilin sona çatmasına hələ 1 aydan artlıq vaxt qalsa da, amma ümumilikdə yerdə qalan bir ay ərzində də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı hansısa konkret addım atacağı şübhə doğurur. Çünki həmsədrlərin son səfəri də belə bir reallığı ortaya qoydu. Elə əksər ekspertlər də bu qənaətdədirlər.
Rayonların özünümaliyyələşdirməyə keçməsi günün ən aktual məsələsidir
Fikrət Yusofov: “Belə olduqda yerlərdə hər bir icra hakimiyyətinin rəhbərliyi bütün səylərini bilavasitə bu məsələlərin həllinə yönəldəcək” Ötən ilin sonlarından dünyada baş verən iqtisadi böhran fonunda neft qiymətlərində müşahidə edilən kəskin azalmalar Azərbaycan iqtisadiyyatı, eləcə də büdcə gəlirlərinə təsirsiz ötüşmədi. Yaranmış vəziyyət 2017-ci ilin büdcəsində bəzi gəlir və xərclərin azaldılmasını zərurətə çevridi. Düzdür, bu azalmalar özünü ciddi rəqəmlərlə göstərməsə də, lakin bəzi iqtisadçılar həyəcan təbili çalmaqdan belə çəkinmədilər. Hətta 2017-ci ilin dövlət büdcəsini ciddi təhlil etmədən Azərbaycanın sosial fəlakət astanasında olduğu da iddia edildi. Bəs görəsən reallıqda vəziyyət necədir?
Bəzi banklar bağlana bilər
Kredit təşkilatları maliyyə hesabatlarını gizlədirlər 2016-cı ilin üçüncü rübünün başa çatmasına bir aydan da az müddət qalıb. Lakin indiyə qədər ölkədə fəaliyyət göstərən əksər banklar maliyyə hesabatlarını dərc etməyibər. Qanunvericiliyə əsasən, banklar öz saytlarında hər rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməlidirlər. Çox təəssüf ki, indiyə qədər 32 bankdan təxminən 10-a yaxını hesabatını açıqlayıb. Açıqlayan hesabatlarda isə qanunvericiliyə zidd olaraq, açıqlama tarixini göstərməyib. Xatırladaq ki, Azərbaycanda heç də bütün banklar maliyyə göstəricilərini ictimaiyyətlə açıqlamağa maraq göstərmir. Xüsusilə bu ilin fevral ayındakı devalvasiyadan sonra kredit təşkilatları maliyyə hesabatlarını açıqlamaqdan çəkinirlər. Real mənzərə ondan ibarətdir ki, bir sara bankların hesabatları bir neçə il əvvəlki dövrü əhatə edir, bəzi bankların isə ümumiyyətlə saytları açılmır.
Ərzaq təhlükəsizliyinin təmin edilməsində süd məhsulları aparıcı paya malikdir
Ölkənin həmin məhsullarla özünü tam təmin etməsi mühümdür Dünyada baş verən iqtisadi və maliyyə böhranı, neft qiymətlərinin aşağı düşməsi fonunda qeyri-neft sektoruna diqqət bir qədər də artıb. Bu sahədə ən diqqət yetirilən istiqamətlər isə turizm, kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da heyvandarlıq və süd emalının daha da inkişaf etdirilməsi gündəmdədir. Bu gün ölkənin iri supermarket şəbəkələrində xaricdən idxal olunan süd və süd məhsulları geniş yayılıb ki, bu da daxili istehsalın bir qədər zəif olması ilə bağlıdır. Bəs görəsən bu sahəni necə inkişaf etdirmək olar?
Rum tərəfinin inadı səbəbindən həll edilməyən Kipr problem
Yaxud beynəlxalq aləmin Kipr probleminin həllinə olan biganəliyi Əvvəli ötən saylarımızda Kipr problemi barədə dünyanın daha yaxından bilgiləndirilməsi, beynəlxalq aləmin diqqətinin bu problemə cəlb olunması, ən əsası Şimali Kipr Türk Respublikasının pozulan haqlarının dünyaya çatdırılması baxımından rəsmi Lefkoşanın beynəlxalq media üzərindən fəaliyyəti də təqdir olunandır.
"Zeynəb Dərbəndli yaradıcılığının spesifik xüsusiyyətləri”
Ta qədim zamanlardan bu yana Azərbaycan xalqı dünyanın müxtəlif ölkələri ilə mədəni və ədəbi əlaqədar saxlamış, ticarət əlaqələrini daha da genişləndirilməsi üçün yorulmaq bilmədən çalışmışdı. Nəticədə Azərbaycan dilinin lüğət tərkibinə müxtəlif elm sahələrinə məxsus alınma sözlər, xüsusilə də ərəb-fars mənşəli alınma sözlər daxil olmuşdur.Təbii ki, Cənubi Qafqaz xalqları arasında münasibətlərin daha da genişləndirilməsi və inkişaf etdirilməsi yönündə Azərbaycan xalqı daha çox üstünlüyü ələ keçirməyə müəssər olmuşdu.
Daha bir İŞİD lideri vuruldu
İraq Hərbi Hava Qüvvələri Mosulda İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələr endirərkən Neynəvə əyalətində qruplaşmanın liderlərindən birini öldürüb. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Zor və zorla evlənmə
Noyabrın 18 – də Türkiyə Böyük Millət Məclisinin təcavüzlə bağlı qəbulu etdiyi qərar böyük səs – küyə səbəb olub. Qanunun “Təcavüz olunan şəxs təcavüz edənlə evləndirilsin” hissəsi, cinayətkarlara sərt cəza qanununu gözləyənlərə sanki zərbə oldu. Qəbul olunmuş qanuna etirazlar sosial şəbəkələrdən, mediadan da dəstək gəldi. Hadisə ilə bağlı sosial şəbəkələrdə #cocukbedenimetokunma# haştağı ilə statuslar, şəkillər paylaşılıb. Etirazçıların narahatlığının daha bir səbəbi isə qanunun mətinaltı olaraq erkən evliliyi dəstəklədiyi irəli sürülür.
İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil
Elxan Şahinoğlu: “Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğal altındakl torpaqları geri qaytarmayacaq” “Bloomberg” agentliyinin Azərbaycanın son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməsi və bununla Avropada ən iri hərbi texnika idxalçısına çevrilməsi xəbəri müzakirə predmetinə çevrilib. Azərbaycanın ən iri silah idxalçısına çevrilməsi xəbəri xüsusilə Ermənistanda ciddi təşvişə səbəb olub. Elə bu səbəbdəndir ki, işğalçı ölkə də öz növbəsində adekvat addımlar atmağə qərarlaşdırıb. Hər halda Yerevanın Rusiyadan yeni silahlar alma istəyi də bu narahatçılıqdan qaynaqlanır.
10 yıllık aşk bitti!
"Sevimli Dad" MÜFLİS OLDU
"Sevimli Dad" MMC müflis olub. Olaylar.az fins.az-a istinadən xəbər verir ki, mağazalarda bu firmanın məhsullarının satışı dayanıb.
Ərdoğan: "Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşıdır"
Türkiyə Azərbaycana məxsus torpaqların Ermənistan tərəfindən işğal olunmasına qarşıdır. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Azərbaycanda nəsli kəsilməkdə olan canlılar süni şəkildə çoxaldılacaq
"AMEA Zoologiya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycandakı nadir və nəsli kəsilməkdə olan canlıların süni şəkildə çoxaldılaraq təbiətə buraxılması və onların burada yayılması istiqamətində əməkdaşlıq etməyi nəzərdə tutub".
Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir
Ermənistanda turizmin stimullaşdırılması üçün rusların daxili pasportlar hesabına bu ölkəyə gəlməsinə icazə verən qanun layihəsinin qəbul olunacağı gözlənilir.














