Gündəm

Ermənilər 1500 türk sözü "oğurlayıb"

23 Noyabr 2016 16:50

Türkiyə türkcəsindən erməni dilinə 1500 söz keçib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Halük Akalın bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilən görüşdə deyib.

WhatsApp-dan daha bir YENİLİK

23 Noyabr 2016 16:47

WhatsApp daha bir yenilik ilə istifadəçilərini sevindirib. Artıq WhatsApp-a göndərilən videoları yükləmədən izləmək mümkün olacaq.

Baş redaktora hökm oxundu - 6 İL HƏBS

23 Noyabr 2016 16:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Cəfər Cəfərov, Sevinc Məmmədsalayeva, Fatmaxanım Aslanova və Bəsti Rəcəblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lragir.am: “Sarkisyan uğursuzluqlarını onun boynuna qoyub” TƏNƏZZÜL

23 Noyabr 2016 16:38

“Ermənistanın milli statistika xidməti ölkədə mövcud iqtisadi tənəzzül barədə məlumatları dərc edib, xüsusilə kənd təsərrüfatı sahəsində. Söhbət Ermənistan üçün bu günə qədər görünməyən 7-8 fazilik tənəzzüldən gedir”. SİA xəbər verir ki, bu barədə ölkənin lragir.am informasiya saytı yazır.

Dolların ən çox bahalaşacağı dövr açıqlandı EKSPERT RƏYİ

23 Noyabr 2016 16:36

Dollarda bahalaşma məhz toplantıya qədər olan dövrdə daha çox müşahidə olunacaq “Hazırda yeni gözləntilər fonunda dünya bazarında ABŞ dollarının  möhkəmlənməsi prosesi müşahidə olunur. Xüsusilə də dollar inkişaf etmiş ölkələrin məzənnələri  avro, funt sterlinqə qarşı möhkəmlənməkdədir. Bu əsasən dekabrın 13-14-də baş tutacaq ABŞ Mərkəzi Bank toplantısına hesablanan investor davranışlarının nəticəsidir”. Bunu SİA-ya iqtisadçı-ekspert Rəşad Həsənov Federal Ehtiyatlar Sisteminin (FED) rəhbər müavini Stenli Fişerin dolların faiz dərəcələrinin aşağı olması ilə bağlı fikirlərini şərh edərkən deyib. 

İlham Rəhimov və ortağı kriminalın əliylə azərbaycanlılara qan uddurur

23 Noyabr 2016 16:34

2012-ci ildə Moskvanın Biryulevo rayonunda iğtişaşlardan sonra Rusiyanın ən iri topdansatış meyvə-tərəvəz bazası “Pokrovka” bağlananda bu ölkənin iri bazarlarına nəzarət edən mafioz qruplaşmalar arasında əsl müharibə başladı. Məqsəd “Pokrovka”nı tərk edən icarəçilərin-topdansatıcıları rəqib mafiya qruplaşmalarının nəzarətlərində olan bazarlara cəmləmək, beləliklə də gəlirlərin yenidən bölüşdürülməsində mümkün qədər çox pay qoparmaq idi.

Türkiyədə 22 min polis işdən çıxarıldı

23 Noyabr 2016 16:33

Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb. Nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb. Bundan başqa, 3 569 nəfər nazirlikdəki vəzifəsinə bərpa edilib. Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib. Onların Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olduğu ehtimal edilir.

Türkiyədən gələn mallar ucuzlaşacaq

23 Noyabr 2016 16:31

Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal olunan məhsulların maya dəyərinin azalması deməkdir. Sputnik-in verdiyi məlumata görə, bu haqda iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib: "Hazırda Azərbaycan bu məsələdə daha avantajlı mövqeyə malikdir. O baxımdan ki, Türkiyədən Azərbaycana idxal kifayət qədər çoxdur. Xüsusilə, yüngül və yeyinti sənayesi məhsulları sahəsində. Bu məhsulların maya dəyərinin aşağı düşməsi, son nəticədə daha aşağı qiymətlərlə satışın təşkili nəticəsində əhalinin onsuz da zəifləmiş istehlak qabiliyyətində müəyyən dirçəlişə səbəb ola bilər".

Ayətullah Xamenei ABŞ-ı cavab sanksiyaları ilə hədələdi

23 Noyabr 2016 16:29

“ABŞ-ın İrana qarşı sanksiyaları 10 illik uzatması Hərtərəfli Birgə Fəaliyyət Planının pozulması deməkdir, biz hökmən buna reaksiya verəcəyik”.

MUM tüstüyə büründü - İnsanlar təxliyə edildilər

23 Noyabr 2016 16:25

Moskvada Mərkəzi Universal Mağazada (MUM) tüstülənmə baş verib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hazırda mağazada olan müştərilər və işçilər təxliyə olunur.

Gənclərə vətənpərvərlik hissləri yüksək səviyyədə aşılanır

23 Noyabr 2016 16:23

Bu gün paytaxtdan tutmuş, respublikanın ayrı-ayrı bölgələrinə, şəhər və rayonlarına qədər hər yerdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində müntəzəm olaraq tədbirlər, layihələr həyata keçirilir. Bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Bu baxımdan paytaxtın Nərimanov rayonunda da gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik tədirəlayiq addımlar atılır. Xüsusilə, rayonda torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi hər zaman uca tutulur, onların ruhuna yüksək ehtiram hissi göstərilir. Bu da heç şübhəsiz ki, rayon gəncləri arasında vətənpərvərlik hisslərinin artmasına müsbət təkan verir.

DYP hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib

23 Noyabr 2016 16:18

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə avtomobillərin şinlərinə bir daha diqqət yetirsinlər, günün axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Binəqədidə yanan binanın üzləyən şirkətin rəhbəri məhkəmədə ifadə verib - YENİLƏNİB

23 Noyabr 2016 16:11

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi təxirə düşüb - YENİLƏNİB

23 Noyabr 2016 16:06

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilməyib.

Prezidentin qızından xəbər yoxdu

23 Noyabr 2016 16:04

"Özbəkistanın sentyabrda vəfat edən keçmiş prezidenti İslam Kerimovun aylardı ortalıqda görünməyən böyük qızı Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü iddiası irəli sürülür. Orta Asiyanın  məşhur xəbər saytı  olan “Tsentr – 1” tərəfindən və Beynəlxalq Özbək güvənlik şirkətinin xəbərlərinə görə 5 noyabrda zəhərlənərək öldürülən Gülnarə Kərimova Özbəkistanın paytaxtı Daşkəntdə dəfn olunub. Məzarın bilinməməsi üçün də yerlə bərabər edildiyi bildirilir. Xəbəri yayanlar Kərimov ailəsinin dəfndə şəxsən iştirak etdiklərini də bildirirlər. Ailənin bir üzvü isə  Rus xəbər agentliyi olan RİA Novostiyə verdiyi açıqlamasında xəbərin yalan olduğunu qeyd edib.