Gündəm
Rus KİV-lərinə qarşı ŞOK QƏTNAMƏ
Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Parlament Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini bildirib.
“Dövlətimizin gələcəyi sizin əlinizdədir”
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət vətənpərvərlik layihəsinə yekun vurdu Noyabrın 23-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması ” layihəsinin yekun tədbirini keçirib.
Ağsu aşırımında TƏHLÜKƏLİ VƏZİYYƏT
Ötən gün axşamdan yağan qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dağlıq ərazilərdən keçən hissəsində və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb. Ötən gecə yollar buz bağlayıb.
Ana ölümü qeydə alınmayan rayonlar açıqlanıb
Azərbaycanda bu günə kimi ana ölümü qeydə alınmayan rayonların adları açıqlanıb. Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 2009-cu ildən bu günə kimi Azərbaycanın 2 rayonunda heç bir ana ölümü baş verməyib. Onun sözlərinə görə, bunlar Oğuz və Şabran rayonlarıdır. S.Məmmədova qeyd edib ki, Naxçıvanda isə 2009-cu ildən indiyə kimi yalnız 1 ana ölümü qeydə alınıb.
Rəsulullahın(s) möcüzələri haqqında- haqqında
Tərcümə edəni Elmira Qafarova Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8 cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.
Rusiya Sosial Sığorta Fondunun nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb
Səfər çərçivəsində nümayəndə heyəti üçün əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərlə bağlı təlim seminarı keçirilir Rusiya Federasiyasının Sosial Sığorta Fondunun nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Səfər çərçivəsində nümayəndə heyəti üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təlim seminarı keçirilir.
Daha 10 dini icmaya maliyyə yardımı ayrılıb
Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb.
İsraildə Azərbaycan sərgisi
İsraildə yerli ictimaiyyəti Azəbaycanın tarixi, memarlığı, təbii zənginlikləri və insani dəyərləri ilə tanış edən yeni layihəyə start verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Heydər Əliyev Fondu və yerli bələdiyyələrin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi İsrailin müxtəlif şəhərlərində nümayiş etdiriləcək.
Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlcə komitə sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qəbulda 18 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub. Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Gey olduğu deyilən Ronaldo sevgilisi ilə küçədə öpüşdü
Bir neçə gün əvvəl gey olması barədə xəbərlərlə yenidən müzakirə olunan futbolçu Kriştianu Ronaldo yeni sevgilisi ilə görünüb.
"Facebook"da sürətlə yeni virus yayılır
"Facebook" sosial şəbəkəsində yeni virus yayılıb. "APA-Economics" xəbər verir ki, bu barədə məşhur İT mütəxəssis Bart Bleyz öz bloqunda yazıb.
Akademik: "Xəzərdə və Abşeronda qasırğalı küləklərin sayı azalıb"
“Hazırda Xəzər dənizində və Abşeron yarımadasında qasırğalı küləklərinin sayının azalması və onların istiqamətinin dəyişməsi müşahidə olunur”.
"Ayı" NATO ölkəsinin hava sahəsinə soxuldu
Ötən həftə Rusiyanın Tu-95M strateji nüvə bombardmançıları Portuqaliyanın nəzarətində olan hava məkanına (ölkənin suveren hava məkanından kənarda) daxil olub.
Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - DYP-dən AÇIQLAMA
Türkiyəli mühəndis Akif Ekin şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikanın Azərbaycana da satıldığı barədə açıqlama vermişdi. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.
Trampın qələbəsi bu iş adamına 11 milyard GƏTİRDİ
Dünyanın ən məşhur iş adamlarından biri, "Berkshire Hathaway" investisiya fondunun sahibiUorren Baffetin varidatı ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra 11 milyard dollar artıb.

.jpg)












