Daha 10 dini icmaya maliyyə yardımı ayrılıb

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb.

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Səyyad Salahlı dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığını vurğulayıb. O bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, İslami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Səyyad Salahlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib və bu sahədə dini icmaları daha fəal olmağa çağırıb. O, dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 141 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 122-i isə İslam dini icmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31