Akademik: "Xəzərdə və Abşeronda qasırğalı küləklərin sayı azalıb"

“Hazırda Xəzər dənizində və Abşeron yarımadasında qasırğalı küləklərinin sayının azalması və onların istiqamətinin dəyişməsi müşahidə olunur”.

"Hazırda Xəzər dənizində və Abşeron yarımadasında qasırğalı küləklərinin sayının azalması və onların istiqamətinin dəyişməsi müşahidə olunur".

Bunu APA-ya AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O qeyd edib ki, əvvəllər Xəzər dənizi və Abşeron yarımadasında şiddətli küləklərin sayı çox olub, hazırda şiddətli küləklərin sayı azalıb: "Əvvəllər qasırğalı küləklər şimal və şimal-qərb istiqamətində əsirdisə, hazırda şimal-şərq istiqamətində əsir. Burada adi vətəndaş üçün qeyri-adi heç nə yoxdur. Amma adi məsələ deyil. Bunun ardınca çox böyük problemlər baş verə bilər. Ekosistemdə bu cür dəyişiklik qlobal dəyişiklikdir. Qasırğalı küləklərin azalması həm bitki, həm flora-fauna aləminə, həm də insanların yaşayış tərzinə çox ciddi təsir göstərən amildir. Biz bu siqnala adaptasiya olmalıyıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31