Gündəm

İnsan bədəninin hərarəti ilə enerji toplayan superkondensator icad olunub

23 Noyabr 2016 19:40

Müasir daşınan elektronika bir çox müsbət xüsusiyyətlərə malik olsa da, amma bəzi nüsxələr (məsələn, “ağıllı” saatlar) mühüm çatışmazlığa malikdir: akkumulyatorun şarjı tez bitir. Texas A&M Universitetinin alimləri tərəfindən yaradılmış yeni superkondensator tipi həm şəbəkə, həm də insan bədəninin hərarəti ilə enerji toplamaq qabiliyyətinə malikdir.

58 yaşlı müğənni: "Acından ölsəm də..."

23 Noyabr 2016 19:34

Uzun müddətdir ki, ekranlardan uzaq düşən Muazzez Ersoy evlilik verilişlərini kəskin təqdim edib.

"İçəridə" reytinqləri alt-üst etdi

23 Noyabr 2016 19:18

“İçəridə” serialı ən yüksək reytinq göstəricilərinə çatıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi efirə gedən seriallar arasında kəskin mübarizə baş verib. Hər həftə ən üst pillələrdə yer alan “İçəridə” birinci olmaqla kifayətlənməyib, bu ana qədərki ən yüksək reytinqini də ötüb. “İçeridə” serialından sonra reytinqdə “Kırqın çiçəklər” serialı qərarlaşıb.

Sezen Aksu çətin vəziyyətdə

23 Noyabr 2016 19:12

Türkiyə pop musiqisinin minik sərçə ləqəbli divası Sezen aksu  Küçüksu qəsəbəsində yerləşən studiya kimi istifadə etdiyi evinin kirasını ödəyə bilmədiyi məlum olub. Pop starın kira problemi səbəbi ilə məhkəməlik olacağı gözlənilir.

Dövlət Gömrük Komitəsi saxta yumurta və düyü idxalı barədə məlumatlara münasibət bildirib

23 Noyabr 2016 19:07

Dövlət Gömrük Komitəsi son günlər bir sıra kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

Ancelina Coli və Bred Pitdən gözlənilməz addım

23 Noyabr 2016 19:05

Boşanacaqları gözlənilən Ancelina Coli və Bred Pit hər kəsi təəccübləndiriblər. Olaylar.az axşam.az-a istinadən bildirir ki, 41 yaşlı Coli Bredə zəng vuraraq "müvəqqəti barışıq" istəyib. Buna səbəb isə cütlüyün uşaqlarının, xüsusi ilə də Şilohun anasına yalvarmasıdır. Coli aktyordan Şükran günündə və daha sonrakı bayramlarda bir araya gəlməyi xahiş edib.

İkiqat olimpiya çempionu qazandığı medallardan məhrum oldu

23 Noyabr 2016 19:00

Ağırlıqqaldırma üzrə qazaxıstanlı olimpiya çempionu İlya İlyin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sərt cəzaya məruz qalıb.  Olaylar.az report-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum olub. 94 kq çəkidə çıxış edən İ.İlyinin A və B nümunələrinin təkrar analizindən sonra dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş preparat izləri aşkarlanıb. İdmançının olimpiadada qazandığı medal və diplomlarının alınması ilə yanaşı, nəticələrin də ləğv edilməsinə qərar verilib.

Çovdarovun qohumu olan keçmiş MTN-çi: "Şahmar Türkiyədə axtarışda olduğuna görə Azərbaycana qayıtmalı olub" - YENİLƏNİB

23 Noyabr 2016 18:56

Akif Çovdarov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin günün ikinci yarısında davam edən iclasında "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Moskvada şəhərlərarası avtobusda bomba tapıldı

23 Noyabr 2016 18:51

Rusiyada şəhərlərarası sərnişin avtobusunda partlayıcı qurğu aşkarlanıb. APA-nın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, Moskvanın Orexov bulvarı-33 istiqamətində, Novomoskovsk (Tula vilayəti) - Moskva avtobusunda partlayıcı qurğu aşkarlanıb.

“HOST”-un keçmiş üzvləri Azərbaycanı HƏMİŞƏLİK TƏRK ETDİ: SƏBƏB

23 Noyabr 2016 18:39

"HOST" qrupunun keçmiş üzvləri Azərbaycanı tərk edib. Publika.az xəbər verir ki, "HOST" qrupunun keçmiş üzvləri Promete (Pərviz İsaqov), Qaraqan (Elxan Zeynallı), Dərviş (Fərid) və AiD (Orxan Zeynallı) Amerikaya köçüb.

Timoşenkodan Poroşenkoya “Şatun” İTTİHAMI

23 Noyabr 2016 18:36

“Ölkədə vəziyyətin qeyri-stabil hala gətirilməsi üzrə “Şatun” planı Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən təşkil edilib”.

Bomba sabun çıxdı

23 Noyabr 2016 18:30

Türkiyənin  Okmeydanı – Darülceza kücəsində qorxuluqdan asılan paketin yanında bomba paketi kimi bükülmüş bağlama və pankart polisi hərəkətə keçirdib. Darülcəza küçəsində 07:30 radələrində pankartı fərqinə varan skinlər polisə zəng ediblər. Polis ətrafda təhlükəsizlik tədbirləri görərək, yolları bağlayıb. Bombanı zərərsizləşdirən mütəxəssislərdən kömək istənilib. Mütəxəssislər araşdırma nəticəsində paketi partlatmağı qərarlaşdırıblar. Xüsusi geyimlə paketə yaxınlaşan mütəxəssislər ətrafdakılara paketi partladılacağını anons edərək, nəzarətli patlama edəcəklərini bildirdilər. Patladılmış paketdə bomba olmadığı məlum oldu. Sonda o da  məlum olub ki, paketin içindəki bomba yox, 5 litr maye sabunu idi.

Futbolçular həbsxanada

23 Noyabr 2016 18:28

Türkiyə Gənclik və İdman nazirliyi məhkumlarla əfsanə futbolçuları görüşünü təşkil edəcək. Proyekt ilk olaraq İzmir və Rizə şəhərlərində başlayan görüş, 8 dekabrda Elazığda gerçəkləşəcək. Məhkumlarla görüşədə Ali Gültiken, Tanju Çolak, Hasan Şaş, Hami Mandıralı, Oğuz Çetin, Rüştü Reçber, Ergün Penbe, Semih Yuvakuran və İlker Yağıcıoğlu iştirak edəcək.

Azay Quliyev: "Təhqir və böhtana görə ən ciddi cəzalar verilməlidir"

23 Noyabr 2016 18:23

İstər həqiqi, istərsə də sax­ta pro­fil­lər vasitəsilə so­si­al şə­bə­kə­lər­də kimlərisə təh­qir etmək yol­ve­ril­məz­dir. Olaylar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Cinayət Məcəlləsinə "İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə" maddəsinin əlavə edilməsinə münasibət bildirərkən deyib. A.Quliyev bildirib ki, müasir dövrdə kommunikasiya vasitələrinin inkişafı, xüsusilə ekspertlərin ən yeni media adlandırdığı "Feysbuk", "Tvitter", "Yutub", "İnstaqram", "Linkedin" və s. kimi sosial şəbəkələrin geniş yayılması informasiyanın daha asan və operativ əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

Marsda nəhəng göl tapıldı

23 Noyabr 2016 18:14

ABŞ və Kanada geofizikləri Marsda nəhəng göl olduğunu aşkarlayıblar.  Olaylar.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaları "Geophysical Research Letters" jurnalı dərc edib.