Gündəm

Xanım deputatın qatilinə ömürlük həbs verildi

24 Noyabr 2016 11:28

Böyük Britaniyada parlamentin deputatı Co Koksu qətlə yetirən 53 yaşlı Tomas Mayr ömürlük həbs cəzasına məhkum olunub. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, Old Beyli məhkəməsi müttəhimi bütün maddələr üzrə - qəsdən adam öldürməkdə, ağır bədən xəsarətləri yetirməkdə, soyuq və odlu silah saxlamaqda təqsirli bilib.

14 dərəcə şaxta oldu

24 Noyabr 2016 11:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.

Suriyada 3 türk hərbçi şəhid oldu, 7-si yaralandı

24 Noyabr 2016 11:21

"Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.

"Yüngül qadınsan" deyib, uşaqlarını əlindən aldı, döydü

24 Noyabr 2016 11:19

Gəlininə xəsarət yetirməkdə ittiham olunan Yevlax rayon sakini, 1954-cü il təvəllüdlü Nigar Əzimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bank rəhbərlərinə sərt XƏBƏRDARLIQ

24 Noyabr 2016 11:17

Azərbaycanda bank rəhbərləri səriştəsiz fəaliyyətə görə məsuliyyət, hətta cinayət məsuliyyəti daşıyacaqlar.

Ölüm xəbəri yayılan Gülnarə Kərimovanın oğlundan- AÇIQLAMA

24 Noyabr 2016 11:16

Zəhərlənərək öldürüldüyü deyilən Gülnarə Kərimova barədə yeni məlumatlar yayılıb. Olaylar.az qafqazinfo-ya istnadən xəbər verir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov "BBC Uzbek"in suallarını cavablandırıb. O, anasının öldürülməsi ilə bağlı yayılan xəbərləri dedi-qodu adlandırıb. İ.Kərimov bildirib ki, anası 2014-cü ilin fevralından bu yana saxlanıldığı evdədir. 23 yaşlı İslam bacısının da ev dustaqlığında olduğunu və ölkəni tərk edə bilmədiyini deyib. Gənc oğlan onu da əlavə edib ki, özü hazırda Londondadır.

Yemək zamanı öldü

24 Noyabr 2016 05:00

Kyodo xəbər agentliyinin məlumatına görə noyabr ayında  Yaponiyada sürətli yemək yemə yarışı keçirilib. Yarış iştirakşıları top halına salınmış plovu yeməli olublar.

Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ

23 Noyabr 2016 21:00

Gözəl və zəif görünmə arzusu təəssüf ki, bəzən sağlamlıq problemlərinə gətirib çıxarır. Son dövrlərin dəbi sayılan dar geyimlər üzərində aparılan araşdırmalar bununla bağlı təhlükəli məqamlar ortaya çıxarıb. Aile.lent.az-ın məlumatına görə, mütəxəssislər aşağı belli və dar geyimlərin qasıq bölgəsində ciddi problemlər yaratdığını deyirlər. Belə ki, aşağı bel və dar şalvarlar qasıq bölgəsində sinir gərginləşməsinə səbəb olur. Bunun nəticəsində isə ayaqlarda hiss itkisi yaşanır.

Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmirsə...

23 Noyabr 2016 20:45

Aile.lent.az endokrinoloq Nadirə Ağazadənin məqaləsini təqdim edir. Artıq çəkiniz varsa, amma tutulan pəhrizlər sizə kömək etmirsə, bu vəziyyətdə mütləq hormonal pozğunluqları araşdırmaq lazımdır. Artıq bundan sonra tutulan düzgün pəhriz kilo verməyi daha da sürətləndirəcək. Piylənmədən əziyyət çəkən insanların çoxunda endokrin sistemdə bir problem olduğundan bunu nəzərdən qaçırmamalıdırlar. Artıq çəkiyə səbəb olan və çəki verməyi əngəlləyən hormonal pozğunluqlar hansılardır?

İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, BU YAZINI OXUYUN

23 Noyabr 2016 20:30

Yenidən evlənmək istəyən valideynləri düşündürən ilk sual budur - "ögey ata, ya ögey ana övladıma necə baxacaq?". Cəmiyyətdə artıq belə bir şablon formalaşıb: "Ögey ata, ana doğma ata-ananın yerini verməz, uşağı döyəcək".

“Selfie” çəkilişində ölüm hallarının qarşısını alacaq proqram yaradılıb

23 Noyabr 2016 20:15

Pitsburq Karnegi-Mellon Universitetinin elmi əməkdaşları bilavasitə “selfie” çəkilişi zamanı ölüm hallarının qarşısını almağa imkan verəcək yeni əlavənin sınaqlarını keçirirlər.  

Yeni texnologiya smartfonları bir neçə saniyəyə enerji ilə dolduracaq

23 Noyabr 2016 20:01

Smartfonlar ildən-ilə güclənir və daha keyfiyyətli şəkil çəkir, lakin buna baxmayaraq onların avtonom iş rejimi yaxşılaşdırılmır. Proqram təminatının optimallaşdırılması vasitəsilə istehsalçılar iş vaxtını cüzi artıra bilirlər, lakin orta hesabla smartfonları hər gün enerji ilə doldurmaq lazım gəlir. Problemin həllindən biri kimi qurğunun daha çox işləməsi üçün bir neçə dəqiqəyə sürətli enerji doldurma hesab edilir.  

Süni intellektə arzulamaq öyrədilib

23 Noyabr 2016 19:55

“Google” şirkəti tərəfindən hazırlanmış “DeepMind” süni intellekt sisteminə arzulamaq öyrədilib və bu, sistemin səmərəliliyini yüksəldib.

Yeni küçə fənərləri günəş enerjisi və piyadaların addımından əldə edilən enerji ilə işləyir

23 Noyabr 2016 19:50

Las-Veqası cəsarətlə “gecə işıqları şəhəri” adlandırmaq olar. Hər axşam adıçəkilən şəhərin küçələrində yanan saysız-hesabsız lampalar kazino və mehmanxanaların fasadlarına işıq salır. Hər il şəhəri milyonlarla turist ziyarət edir. Bu iki səbəb sayəsində məhz Las-Veqasda “EnGoPlanet” şirkəti tərəfindən yaradılmış yeni qeyri-adi küçə fənərləri quraşdırılıb. Yeni fənərlərin əsas özəlliyi odur ki, onlar yalnız küçələri işıqlandırmır, həm də daxili kameralar sayəsində  şəhərdə qayda-qanuna nəzarət etməyə kömək edir, “Wi-Fi” paylayır və mobil qurğular üçün enerjidoldurma stansiyası rolunu oynayır. Bu halda qeyri-adi küçə fənərlərini şəhər elektrik şəbəkəsinə qoşmaq lazım deyil.

2016-cı ilin sonuna planet əhalisinin 50%-i internetə çıxışa malik olacaq

23 Noyabr 2016 19:46

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən,  2016-cı ilin sonuna planet əhalisinin 50%-i internetə çıxış imkanına malik olacaq.