Yemək zamanı öldü

Kyodo xəbər agentliyinin məlumatına görə noyabr ayında  Yaponiyada sürətli yemək yemə yarışı keçirilib. Yarış iştirakşıları top halına salınmış plovu yeməli olublar.

Kyodo xəbər agentliyinin məlumatına görə noyabr ayında  Yaponiyada sürətli yemək yemə yarışı keçirilib. Yarış iştirakşıları top halına salınmış plovu yeməli olublar.

Bölgələrin tanıdılması məqsədi ilə keçirilən yarışa 15 iştirakçı qatılıb. İştirakçılar 3 dəqiqə ərzində  5 top halına salınmış plov yeməli olublar. 23 yaşında adı açıqlanmayan iştirakçı 5 - ci topu yeyərkən boğulub. Dərhal xəstəxanaya çatdırılan gənc üç gün komada qaldıqdan sonra vəfat edib.

Təşkilatçılar təhlükəli anlar üçün gərəkən tədbirləri gördüklərini bildirsələrdə, belə bir hadisənin yaşanacağını gözləmədiklərini etiraf ediblər.

Həkimlər sürətli yemək yeyərkən boğulma təhlükəsi  ilə bərabər, mədə və qida borusuna da təhlükə altında olduğunu qeyd edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31