Gündəm

Bakıda 50 mərtəbəli iş mərkəzi istifadəyə veriləcək

24 Noyabr 2016 12:31

"AZİNKO HOLDİNQ" 2017-ci ildə Bakıda 50 mərtəbəli iş mərkəzini istifadəyə verəcək. Olaylar.az  virtualaz-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə holdinqdən məlumat verilib.

XİN xaricdəki azərbaycanlıların və Azərbaycandakı əcnəbilərin müraciətlərinə baxılması müddətini azaldıb

24 Noyabr 2016 12:29

Xarici İşlər Nazirliyinin (XİN) Kollegiyası “Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib.

Görünməmiş olay: ofisianta 1300 manat bəxşiş verdilər

24 Noyabr 2016 12:21

Amerikanın Texas ştatında maraqlı olay baş verib. Milli.Az "ABC"yə istinadla bildirir ki, restorana gələn müştəri ofisianta ailəsini ziyarət etmək üçün 750 dollar (təxminən 1300 manat) bəxşiş qoyub.

Sarkisyan sabiq baş naziri şantaj edir - Ermənistan KİV

24 Noyabr 2016 12:19

Ermənistanın sabiq baş naziri Ovik Abramyan noyabrın 22-si Ermənistanın hakim Respublika partiyasının iclasında iştirak edib.

Ərdoğanın şəxsi pilotu FETÖ-çü çıxdı

24 Noyabr 2016 12:16

Türkiyədə FETÖ ilə əlaqəsi olduğuna görə 7586 polis işdən çıxarılıb. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, işdən azan olunan şəxslər arasında Rəcəb Tayyip Ərdoğan baş nazir olarkən onun şəxsi helikopterini idarə edən pilot Hüseyn Başak da var. 

Bundan sonra ölülər belə dəfn olunacaq – FOTO/VİDEO

24 Noyabr 2016 12:04

Bu günlərdə Böyük Britaniya məhkəməsi 14 yaşlı qızın xərçəng xəstəliyindən ölmüş bədənini dondurmağa icazə verdi. Bu hadisə ölülərin dəfn edilməsinin müxtəlif üsullarını növbəti dəfə gündəmə gətirdi.

Hadisə hamını TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

24 Noyabr 2016 12:00

Türkiyəli müğənni Hadisə dünən “3 adam” verilişinin qonağı olub. Publika.az xəbər verir ki, bu yaxınlarda sarı saçlarını qəhvəyiyə boyayan Hadisə verilişə dərin dekolteli paltarda gəlib. Müğənninin cəsarətli dekoltesi aparıcıları həyəcanlandırıb. Hətta sosial şəbəkə izləyiciləri Hadisənin sinəsinin görüntüsündən həyacanlandığını və təəccübləndiyini deyib.

Estoniya və Azərbaycan dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

24 Noyabr 2016 11:58

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu ilə görüş keçirilib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə Azərbaycan Dəmir yolunda reallaşdırılan layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında ətraflı məlumat verdi. İkitərəfli görüşdə Azərbaycanın Estoniya və Azərbaycan dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müzakirə olunub. Sonra “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirmiş, tranzit yük daşımaları sahəsində gələcək əməkdaşlığın konturları haqqında məlumat verib.

Təhsil işçiləri mükafatlandırılıb

24 Noyabr 2016 11:57

Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş bir qrup təhsil işçisinin mükafatlandırılması mərasimi keçirilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 14 müəllimə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllimə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib. Mərasimdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev müəllimləri təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlərin qazanılması istiqamətindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. Sonra “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanları və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təhsil işçilərinə təqdim olunub.

Atəşkəsin pozulması halları minimuma enib

24 Noyabr 2016 11:54

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

"Azəryolservis" rəsmisi: "800 manatlıq işi 10 min yazırdıq"

24 Noyabr 2016 11:52

"Azəryolservis"in vəzifəli şəxsi hazırda məhkəməsi davam edən "Rabitə işi"nə cəlb olunub.

Adanada terror 2 nəfər öldü, 16 nəfər yaralandı

24 Noyabr 2016 11:50

Türkiyənin cənubunda yerləşən Adana şəhərində 2 nəfərin ölümü, 16 nəfərin isə yaralanması ilə nəticələnən terror aksiyası həyata keçirilib. SİA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verir.

Lionel Messi daha bir rekorda imza atıb

24 Noyabr 2016 11:47

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb. Olaylar.az APA-ya istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində, "Seltik"-lə ilə matçda dubl edən Messi  beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.  

Tramp “Apple” və “Microsoft” rəhbərləri ilə danışıb

24 Noyabr 2016 11:46

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın "Apple" və "Microsoft" rəhbərləri ilə telefon danışığı olub.

Korrupsiyada ittiham olunan keçmiş məmura vəzifə verildi?

24 Noyabr 2016 11:42

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev təmsil etdiyi qurumda yeni sədr müavini təyinatı olması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.