Adanada terror 2 nəfər öldü, 16 nəfər yaralandı
Türkiyənin cənubunda yerləşən Adana şəhərində 2 nəfərin ölümü, 16 nəfərin isə yaralanması ilə nəticələnən terror aksiyası həyata keçirilib. SİA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verir.
24 Noyabr 2016 11:50 DünyaTürkiyənin cənubunda yerləşən Adana şəhərində 2 nəfərin ölümü, 16 nəfərin isə yaralanması ilə nəticələnən terror aksiyası həyata keçirilib. SİA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.
Partlayış valiliyin qarşısında yerləşən açıq avtomobil dayanacağında baş verib.
Polis və jandarma hadisənin PKK, yaxud "İslam Dövləti" (keçmiş adı "İŞİD") terror qruplaşması tərəfindən törədildiyi qənaətindədir.
Hazırda araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31