Gündəm

Baş bankirin daha bir səlahiyyəti əlindən alındı

24 Noyabr 2016 13:03

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”nda dəyişiklik edib. Qaydalar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsinin ümumi mexanizmini və şərtlərini müəyyən edir.

Qətldə şübhəli bilinən daha bir nəfər saxlanıb

24 Noyabr 2016 13:01

Şirvanda iki nəfərin qətlində şübhəli bilinən daha bir nəfər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları birgə tədbirlərlə 2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb.Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Azərbaycanda Uşaq Məcəlləsi qəbul ediləcək

24 Noyabr 2016 12:59

Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul ediləcək. Məlumata görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb. Layihənin “4.5.11. Ailə, qadın və uşaq siyasətinin əsas istiqamətləri” adlanan hissəsində göstərilib ki, Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul olunacaq. Yeni layihəyə görə, 2017-2022-ci illər üçün “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nı da hazırlanacaq. Konsepsiya layihəsinin ailə, qadın və uşaq siyasəti istiqamətinə uyğun olaraq xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan qaynar xətti də yaradılacaq. Layihə Milli Məclisə daxil olub və parlamentin qarşıdakı iclaslarında müzakirə olunacaq.

Qadın mənzilində yanaraq ölüb

24 Noyabr 2016 12:58

Bərdədə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.Yanğın kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gömrükçülər pirotexniki vasitələr və siqaret müsadirə ediblər

24 Noyabr 2016 12:56

Gürcüstandan ölkəmizə pirotexniki vasitələr və siqaret keçirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitələr və 1820 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Mərkəzi Dənizçilər və Dəmir Yolu Xəstəxanası satışa çıxarılıb

24 Noyabr 2016 12:55

Əmlak Məsələləri Dövlət Komitəsi daha bir neçə dövlət müəssisəsini özəlləşdirməyə çıxarıb. Həmin müəssisələr sırasında xəstəxanaların olması xüsusi diqqət çəkir. Belə ki, özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Vaqon Təmiri Zavodu, Sumqayıt Sənaye Kombinatı, “Sərhədçi” İdman İstirahət Mərkəzi, Texniki Universitetin İdman Sarayı, Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri, Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, İmişlidə Bəhrəmtəpə Dəmir Beton Zavodu, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var. Komitənin açıqlamasında deyilir ki, belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək.

Oqtay Əsədov RF Dövlət Dumasının sədri ilə görüşüb

24 Noyabr 2016 12:50

Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb. “Olaylar” xəbər verir ki, Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqunu qeyd edərək deyib: “Noyabrın 24-də MDB Parlamentlərarası Assambleya Şurasının sessiyası çərçivəsində dialoq davam edəcək. Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik”.

Elmar Məmmədyarov AŞPA –nın nümayəndə heyəti ilə görüşüb

24 Noyabr 2016 12:49

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hava yağmursuz, şaxtalı olacaq

24 Noyabr 2016 12:47

Bakı və Abşeron yarımadasında noyabrın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

İnquşetiyada Rusiya FTX-nin 2 xüsusi təyinatlısı həlak olub, 2 terrorçu məhv edilib 

24 Noyabr 2016 12:41

Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində 2 nəfər öldürülüb.

Elton Con Donald Trampın andiçmə mərasimində çıxış etməkdən imtina edib

24 Noyabr 2016 12:40

Britaniyalı müğənni Elton Con ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ilə bağlı bayram tədbirində çıxış etmək niyyətində deyil.

Rüfət Aslanlı: "Kredit portfeli azalmaqda davam edir"

24 Noyabr 2016 12:39

"Maliyyə sektorunda restrukturizasiyanın tamamlanmasına hədəflənmişik, ilin sonu-növbəti ilin əvvəlinə tamamlamağı düşünürük".

Eyfel qülləsinin pilləkənləri yarım milyon avroya satılıb

24 Noyabr 2016 12:37

Parisin rəmzi sayılan Eyfel qülləsinin pilləkənlərı 523 min 800 avroya satılıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, mühəndisi Qustavo Eyfel olan 324 metrelik qüllənin 14 pilləkənı 1983-cü ildə lift quraşdırılarkən sökülüb.

Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb

24 Noyabr 2016 12:36

İndiyədək Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb. “Report”un erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Elmlər Akademiyasnın Beynəlxalq Elmi Mərkəzinin əməkdaşı, hərbi vətənpərvərlik tədbirlərinin fəallarından olan Vitali Mangasaryan məlumat verib.

Vüqar Bayramov: "Mənfəət əldə edən kiçik bankların hesabatları yoxlanılmalıdır"

24 Noyabr 2016 12:33

Maliyyə hesabatlarında mənfəət əldə etdiyini göstərən kiçik bankların hesabatlarının yoxlanılmasına ehtiyac var. Bunu "APA-Economics"ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.