Qadın mənzilində yanaraq ölüb
Bərdədə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.Yanğın kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
24 Noyabr 2016 12:58 KriminalBərdədə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.Yanğın kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.