Azərbaycanda Uşaq Məcəlləsi qəbul ediləcək
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul ediləcək. Məlumata görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb. Layihənin “4.5.11. Ailə, qadın və uşaq siyasətinin əsas istiqamətləri” adlanan hissəsində göstərilib ki, Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul olunacaq. Yeni layihəyə görə, 2017-2022-ci illər üçün “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nı da hazırlanacaq. Konsepsiya layihəsinin ailə, qadın və uşaq siyasəti istiqamətinə uyğun olaraq xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan qaynar xətti də yaradılacaq. Layihə Milli Məclisə daxil olub və parlamentin qarşıdakı iclaslarında müzakirə olunacaq.
24 Noyabr 2016 12:59 SosialAzərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul ediləcək. Məlumata görə, bu öz əksini "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində tapıb. Layihənin "4.5.11. Ailə, qadın və uşaq siyasətinin əsas istiqamətləri" adlanan hissəsində göstərilib ki, Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul olunacaq. Yeni layihəyə görə, 2017-2022-ci illər üçün "Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı"nı da hazırlanacaq. Konsepsiya layihəsinin ailə, qadın və uşaq siyasəti istiqamətinə uyğun olaraq xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan qaynar xətti də yaradılacaq. Layihə Milli Məclisə daxil olub və parlamentin qarşıdakı iclaslarında müzakirə olunacaq.