Oqtay Əsədov RF Dövlət Dumasının sədri ilə görüşüb
Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb. “Olaylar” xəbər verir ki, Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqunu qeyd edərək deyib: “Noyabrın 24-də MDB Parlamentlərarası Assambleya Şurasının sessiyası çərçivəsində dialoq davam edəcək. Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik”.
24 Noyabr 2016 12:50 SosialSankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb. "Olaylar" xəbər verir ki, Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqunu qeyd edərək deyib: "Noyabrın 24-də MDB Parlamentlərarası Assambleya Şurasının sessiyası çərçivəsində dialoq davam edəcək. Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik".
Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan spiker Oqtay Əsədov deyib: "Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu olub. Prezidentlərin siyasi dialoqu sayəsində əlaqələrimiz strateji xarakter alıb. Ölkələrimizin parlament nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Biz vahid xətt yürüdürük, bir-birimizi dəstəkləyirik. Parlamentlərimizdə dostluq qrupları fəaliyyət göstərir. Rusiya Federasiyasının yeni parlamentində yeni qrup təşkil ediləcək. Əminəm ki, bu qrup ilə də səmərəli əməkdaşlıq davam edəcək". Ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənədin imzalandığını xatırladan Milli Məclisin sədri deyib: "Bu onu göstərir ki, güclü hüquqi bazalarımız var. İqtisadi münasibətlərimiz sürətlə inkişaf edir. Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır". Oqtay Əsədov hər iki ölkə xalqlarının rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin daha sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.