İnquşetiyada Rusiya FTX-nin 2 xüsusi təyinatlısı həlak olub, 2 terrorçu məhv edilib 

Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində 2 nəfər öldürülüb.

Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində 2 nəfər öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İnquşetiyanın hüquq mühafizə orqanları bildirib.

Məlumata görə, antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən şəxslərin gizli quldur dəstəsinin üzvləri olduğu ehtimal edilir.

Milli Antiterror Komitəsinin məlumatına görə, silahlılarla atışma nəticəsində Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xüsusi Təyinatlı Dəstəsinin iki əməkdaşı da həlak olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31