Lionel Messi daha bir rekorda imza atıb

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb. Olaylar.az APA-ya istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində, "Seltik"-lə ilə matçda dubl edən Messi  beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.  

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində, "Seltik"-lə ilə matçda dubl edən Messi  beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.
 
Onlardan 92-ni Messi Çempionlar Liqasında, 5-i klublararası dünya çempionatında, 3-ü isə Avropa Superkubokunda vurub.
 
Qeyd edək ki, Qlazqonun "Seltik Park" stadionunda keçirilən görüşdə "Barselona"  2:0 hesabı ilə qalib gəlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31