Suriyada 3 türk hərbçi şəhid oldu, 7-si yaralandı

"Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.

"Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, Türkiyə hərbçilərinə hücumu terrorçu İŞİD qruplaşması törədib. 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 93 gündür Suriya ərazisində "Fırat kalkanı" adı altında antiterror əməliyyatı keçirir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31