Prezidentin qızından xəbər yoxdu
"Özbəkistanın sentyabrda vəfat edən keçmiş prezidenti İslam Kerimovun aylardı ortalıqda görünməyən böyük qızı Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü iddiası irəli sürülür. Orta Asiyanın məşhur xəbər saytı olan “Tsentr – 1” tərəfindən və Beynəlxalq Özbək güvənlik şirkətinin xəbərlərinə görə 5 noyabrda zəhərlənərək öldürülən Gülnarə Kərimova Özbəkistanın paytaxtı Daşkəntdə dəfn olunub. Məzarın bilinməməsi üçün də yerlə bərabər edildiyi bildirilir. Xəbəri yayanlar Kərimov ailəsinin dəfndə şəxsən iştirak etdiklərini də bildirirlər. Ailənin bir üzvü isə Rus xəbər agentliyi olan RİA Novostiyə verdiyi açıqlamasında xəbərin yalan olduğunu qeyd edib.
23 Noyabr 2016 16:04 Dünya"Özbəkistanın sentyabrda vəfat edən keçmiş prezidenti İslam Kerimovun aylardı ortalıqda görünməyən böyük qızı Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü iddiası irəli sürülür. Orta Asiyanın məşhur xəbər saytı olan "Tsentr - 1" tərəfindən və Beynəlxalq Özbək güvənlik şirkətinin xəbərlərinə görə 5 noyabrda zəhərlənərək öldürülən Gülnarə Kərimova Özbəkistanın paytaxtı Daşkəntdə dəfn olunub. Məzarın bilinməməsi üçün də yerlə bərabər edildiyi bildirilir. Xəbəri yayanlar Kərimov ailəsinin dəfndə şəxsən iştirak etdiklərini də bildirirlər. Ailənin bir üzvü isə Rus xəbər agentliyi olan RİA Novostiyə verdiyi açıqlamasında xəbərin yalan olduğunu qeyd edib.
Aylardı mətbuatda görünməyən və sosial şəbəkələrdən fotoları paylaşılmayan Kerimova atasının dəfn mərasiminə qatılmamışdı. Oktyabr ayında yayılan xəbərlərdə bildirilir ki, İslam Kərimov öldükdən sonra prezident olan 59 yaşındakı Şövkət Mirziyoyev tərəfindən məcburi şəkildə ruhi dispanserə yatırıldığı xəbəri yayılmışdı.
Bir zamanların toxunulmaz adlarından olan Gülnarə Kərimova, son illər dünya mediasında açıqlamaları ilə, anasına və bacısına qarşı çıxışları ilə diqqət mərkəzində idi. Onları cadügərlikdə ittiham edən Kərimova, atasının taxtında gözü olduğunu açıq - aydın etiraf etmişdi. Bir sıra ticarət işlərində, rüşvət, çirkli pullarda adı hallanan Kərimovaya qarşı cinayət işinin açıldığı da məlumdu. Yarıçılpaq şəkilləri mediyaya yayılana qədər atasının varisi olaraq qəbul olunan Gülnarə atası tərəfindən cəza olaraq evə həbs edilmişdi.
İş qadını, müğənni, xeyriyyəçi, diplomat, modelyer, medya rəhbəri, aktrisa və başqa sahələrdə özünü sınayan, lüks həyat tərzi ilə tanınan Gülnarə Kərimova hər zaman partilərdə məşhurlarla çəkdirdiyi fotolarla gündəmə gəlib.
İslam Kərimovun ilk evliliyindən bir oğlu, ikinci evliliyindən isə iki qızının olduğu məlumdu. Kərimovu oğlu münasibətinin olmadığı iddiaları irəli sürülürdü. Özbək mediasının diqqəti həmişə Kərimovun bir - birinə düşmən olan qızlarının üzərindədi.